Suriyada xəstəxana bombardman edilib: 7 ölü

Suriyada xəstəxana bombardman edilib: 7 ölü
23:17 3 Oktyabr 2016
45 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 3 oktyabr. REPORT.AZ/ Suriyanın Hələb şəhərində xəstəxana bombardman tutulub.
"Report"un məlumatına görə, bu barədə "Anadolu" agentliyi xəbər yayıb.
Məlumatda bilddirilir ki, Rusiyada məxsus hərbi təyyarənin müxaliflərin nəzarəti altında olan xəstəxananı bombardman etməsi zamanı 7 nəfər həlak olub. Ölənlərdən 2-nin tibb işçiləri olduğu bildirilir.
Rusiya hərbçiləri xəstəxananı bir həftə ərzində ikinci dəfə atəşə tutublar. İkinci bombardman zamanı xəstəxananın önündə 5 metr dərinliyinə çuxur yaranıb.

Xəbərin orijinal ünvanı: http://report.az/diger-olkeler/suriyada-xestexana-bombardman-edilib-7-olu

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR