Aktual mövzular: Dollar alış-satışı , Barselona - Real, Hava haqqında, Məzənnə, Neftin qiyməti

"Məğlubiyyətdən dərs çıxaracağıq"

"Məğlubiyyətdən dərs çıxaracağıq"

Date: 3 October 2016 23:52

"Manchester City"nin baş məşqçisi Pep Qvardiola "Tottenham"la matçdan sonra jurnalistlərin suallarını cavablandırıb.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, katalon çalışdırıcı bu məğlubiyyətdən dərs çıxaracaqlarını qeyd edib: "İlk qoldan sonra yenidən eyni şəkildə müebarizə aparmaq asan deyil. Son 15-20 dəqiqədə yaxşı oynadıq, amma yenə də istədiyimiz futbolu sərgiləyə bilmədik. "Tottenham" bizdən daha yaxşı çıxış etdi. Onları təbrik edirəm. Məğlubiyyətlər futbolun bir parçasıdır. Əlbəttə, uduzacağıq, bunlar normaldır. Bəzən bu cür məğlubiyyətlər sizin inkişafınıza səbəb olar. Mən danışmaq üçün yox, iş görmək buradayam. Bu matçı yenidən təhlil edəcəyik və nələri etməli olduğumuzu görəcəyik".

Qeyd edək ki, "Manchester City" səfərdə "Tottenham"a 0:2 hesabı ilə məğlub olub.

Milli.Az


Tags:  Məğlubiyyətdən dərs çıxaracağıq

RƏYLƏR


Top news