Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Qarabağ, Qəbələ, Məzənnə, Neftin qiyməti

Astroloji proqnoz - 04 oktyabr

Astroloji proqnoz - 04 oktyabr

Date: 4 October 2016 00:08

Qoç - asan uğurlar və xoş qələbələr günüdür. Yaranan problemlərin öhdəsindən gələcəksiniz. İndiyədək həllolunmaz sayılan çətinlikləri çözmək şansları artır. Yeni təcrübə və bilik əldə etmək imkanı yaranır. Əldə etdiyiniz biliklərdən yararlanmağın yolunu tapın.

Buğa - Yeni fəaliyyət sahəsinin seçilməsi üçün əlverişli zamandır. Günün maliyyə fonu münasibdir. İşlər axarındadır, durum stabildir. Nəzərdə tutmadığınız alış-veriş etmək, pul xərcləmək olar.

Əkizlər - rəsmi danışıqlarla yanaşı, qeyri-formal müzakirələr pis keçmir. İstənilən şəraitdə soyuqqanlı və təmkinli qalın. Belə olarsa, yaxın ətrafınızdakı insanların sizə inamı artar.

Xərçəng - peşəkar fəaliyyət müstəvisi və maliyyə sahəsindəki məsələləri həll edə bilərsiniz. Dəqiq fəaliyyət planı hazırlayın. Sonradan həmin planı addım-addım reallaşdırın, hər mərhələni uzun müddət təhlil etməyin. Çox maraqlı işgüzar təkliflər ala bilərsiniz. Lakin unutmayın ki, yeni iş və ya sifarişlə bağlı təklifi qəbul etməzdən əvvəl yaxşıca düşünmək gərəkdir.

Şir - əlaqələrdə və ya təmaslarda ciddi problem yarada bilər. Hətta ən yaxın adamlardan biri ilə kəskin mübahisə riski var. Yaxın ətrafınızdakı insanlar sizi anlamır, dəstəkləmirlər. Axşam saatlarında tək qalın, vaxtınızı sakit işlərə sərf edin. İfrat yorğunluğa yol verməyin.

Qız - səhhətinizə fikir verin. Bu günün riskləri çoxdur. Zərərli vərdişlərdən əl çəkin, düzgün qidalanın. İstənilən fəaliyyət sahəsində ifrata varmayın, izafi işlərlə özünüzü yormayın. Mümkünsüzü özünüzdən tələb etməyin.

Tərəzi - travma riski çox deyil. Günün əksər hissəsini işə həsr edin. Peşəkar fəaliyyət sahəsində alınan tapşırıqların öhdəsindən gəlmək adi günlərlə müqayisədə bir qədər çətinləşir.

Əqrəb - maraqlı işgüzar təkliflərin alınması istisna deyil. İş yerini dəyişmək barədə düşünə bilərsiniz. Şəxsi münasibətlərdə ciddi yeniliklər və dəyişikliklər olmayacaq.

Oxatan - asan olmayan, amma məhsuldar və maraqlı gündür. Başladığınız bütün işlərdə uğura nail ola bilərsiniz. Peşəkar qabiliyyət və bacarıq imkanlarınızı artırmaq şanslarını əldən verməyin. Dünyagörüşünü artırın. Bir daha sübut edin ki, işinizi bilən adamsınız. Təmkinli və səbirli olsanız, rəqibləri üstələyə bilərsiniz.

Oğlaq - yaradıcılıqla məşğul ola bilərsiniz. Yaxın insanlarla münasibətləri dəyişin. Təmaslarda daha çox inam, anlayış, etibar olsun. Xərclər nəzərdə tutduğunuzdan artıq ola bilər.

Dolça - ünsiyyət üçün əlverişli gündür. Hətta ilk dəfə gördüyünüz insanla belə, asanlıqla dil tapacaqsınız. Genişmiqyaslı işə və ya layihəyə başlasanız, tezliklə müttəfiq tapacaqsınız. Dərhal nəticənin olacağını düşünməyin. İndi gələcək qələbələrin təməlini qoyursunuz.

Balıqlar - gözlənilməz və qəfil hadisələrlə dolu gündür. Bir məqamda anlayacaqsınız ki, artıq heç nəyə təəccüblənmirsiniz. Uzaqdan gələn xəbərlər sizi təlaşa sala bilər. Fəqət, soyuqqanlı və təmkinli davranın. Dürüst qərarları sürətlə qəbul edin, planlarınızı korrektə edin. Ehtiyac varsa, fəaliyyət istiqamətində dəyişikliklər edə bilərsiniz.
Milli.Az


Tags:  Astroloji proqnoz 04 oktyabr


RƏYLƏR


Top news