"Twitter" ölür - Mikrobloq şəbəkəsi iflasın astanasındadır

"Twitter" ölür - Mikrobloq şəbəkəsi iflasın astanasındadır
00:43 4 Oktyabr 2016
42 Digər
Ölkə mətbuatı
A- A+

Twitter mikrobloq şəbəkəsi gündən-günə populyarlığını və istifadəçilərini itirir. Son 6 il ərzində 5 dəfə rəhbərliyinin dəyişməsi də Twitter-in idarəçiliyində ciddi problemlərin olmasından xəbər verir.

AzVision.az Bloomberg-ə istinadən xəbər verir ki, artıq dalbadal 6-cı kvartaldır, Twitter istifadəçilərinin sayı nəinki artmır, hətta əksinə. Mövcud olanların da sayı və aktivliyi azalır. Hazırda mikrobloq şəbəkəsinin 313 milyon istifadəçisi var, amma onların ən azı yarısı “ölü canlar”dır. Praktik olaraq hər iki profildən birində heç bir tvit yazılmayıb. Qalır 150 milyon real istifadəçi.

Halbuki, Facebook-da bu göstərici milyarddan yuxarıdır. WhatsApp və Facebook Messenger də milyard həddini aşıblar. Bu gün hətta Snapchat-ın istifadəçilərinin sayı belə, Twitter-dən çoxdur!

Belə vəziyyətdə potensial reklam vericilər Twitter-də reklam yerləşdirməkdə maraqlı olmurlar. Bu isə şirkəti ciddi maliyyə probemlərilə üz-üzə qoyur.

Analitiklərə görə, bütün bunlara baxmayaraq, şirkətin hələ ki, dirçəlmək üçün potensialı var. Sadəcə olaraq, Twitter sosial ünsiyyət dünyasında özünün yerini tapa bilmir.

Şirkətin özü də vəziyyətini düzəltmək və yeni istifadəçilər cəlb etmək üçün ardıcıl cəhdlər göstərir. Ötən il $100 milyona Periscope-u almağı belə cəhdlərin ən uğurlusu idi.

Bundan başqa, Twitter-in xəbər lentinin formalaşmasında xronoloji prinsipdən imtina edib, Facebook kimi alqoritmik prinsipə keçməsi də populyarlığı artırmaq məqsədi güdürdü. Amma tam əks effekt verdi: Twitter-in auditoriyası bunu soyuq qarşıladı.

İki il əvvəl Twitter öz səhmdarlarına vəd etmişdi ki, orta perspektivdə 500 milyon, bir qədər uzaq perspektivdə isə 1 milyard istifadəçi limitinə çatacaq. Amma artıq bu planlar real görünmür. Yalnız şirkətin 16 milyard dollara satılacağı haqda xəbərlər onun səhmlərini 15 faiz qaldıra bildi. Fəqət satılandan sonra Twitter iki il əvvəlki hədəflərinə yaxınlaşa biləcəkmi? Sual açıq qalır.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/ikt/170817.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR