ABŞ Rusiya ilə ikitərəfli əlaqələri dayandırdı

ABŞ Rusiya ilə ikitərəfli əlaqələri dayandırdı
01:48 4 Oktyabr 2016
35 Digər
Ölkə mətbuatı
A- A+

ABŞ Rusiya ilə Suriyada atəşkəs rejimi üçün yaradılan ikitərəfli kanalların istifadəsini dayandırır.

Bunu ABŞ Dövlət Departamentinin mətbuat katibi Con Kirbi bəyan edib. Buna səbəb rəsmi Moskvanın üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməməsi göstərilir.

Kirbi qeyd edib ki, ABŞ Suriyanın hava məkanında mümkün toqquşmaların baş verməməsi üçün Rusiya ilə hərbi əlaqələri kəsməyəcək.

Bundan əvvəl ABŞ dövlət katibi Con Kerri bildirmişdi ki, ABŞ Rusiya ilə Suriya böhranının nizamlanması üzrə danışıqları kəsməyin bir addımlığındadır.

Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova Moskvanın Vaşinqtonun qərarından təəssüfləndiyini bildirib.

"Vaşinqtonun Cenevrədə mütəxəssis qruplarının fəaliyyətini dayandırmağı qərarından təəssüflənirik ", - Zaxarova bəyan edib.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/170822.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR