Aktual mövzular: Dollar alış-satışı , Çempionlar Liqası, Hava haqqında, Məzənnə, Neftin qiyməti

BMT sülhməramlılarına hücum: 1 ölü, 5 yaralı

BMT sülhməramlılarına hücum: 1 ölü, 5 yaralı

Date: 4 October 2016 02:04

Malidə silahlıların hücumu nəticəsində 1 BMT sülhməramlısı ölüb,  daha  5-i yaralanıb.

 

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi məlumata görə, sülhməramlılarının Aqelxok yaşayış məntəqəsindəki  düşərgəsi hücuma məruz qalıb.

 

Düşərgə iri çaplı silahlardan atəşə tutulub, iki minalanmış avtomobil partladılıb.

 

Hadisəyə görə məsuliyyəti heç bir qruplaşma öz üzərinə götürməyib.

 

Qeyd edək ki, Malidə hökumət qüvvələri ilə müxtəlif separatçı və radikal islamçı qruplaşmalar arasında münaqişə 2012-ci ildə başlayıb. “Ənsər-əd-Din” ekstremist qruplaşmasının silahlıları bir neçə dəfə BMT-nin Malidəki hərbi bazalarına hücum edib. Təhlükəsizlik Şurasının qərarı ilə BMT sülhməramlıları 2012-ci ildən etibarən Malidə yerləşdirilib.


Tags:  BMT sülhməramlılarına hücum ölü yaralı


RƏYLƏR


Top news