Paytaxtda 17 yaşlı gənc döyülərək xəsarət alıb

Paytaxtda 17 yaşlı gənc döyülərək xəsarət alıb
02:52 4 Oktyabr 2016
49 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 4 oktyabr. REPORT.AZ/ Bakının Nərimanov rayonunda döyülmə hadisəsi baş verib.
"Report"un məlumatına görə, hadisə rayonun Ağa Nemətulla küçəsində qeydə alınıb.
Belə ki, 17 yaşlı Fərid Ələkbərov küçədə tanışları tərəfindən döyülüb. Çoxsaylı sınıq xəsarətləri alan gənc hadisə şahidlərinin çağırdığı təcili tibbi yardım maşını ilə xəstəxanaya gətirilib.
Həkimlər yaralının kəllə-beyin travması və alın sümüyünün sınığı xəsarətləri aldığını bildiriblər. Hadisə barədə xəstəxanadan polisə məlumat verilib. 
Yaralını dindirmək mümkün olmayıb. Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.

Xəbərin orijinal ünvanı: http://report.az/hadise/paytaxtda-17-yasli-genc-doyulerek-xesaret-alib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR