Aktual mövzular: Dollar alış-satışı , Hava, Məzənnə, Neftin qiyməti

Cəlilabadda 15 yaşlı qız yoxa çıxıb - Ailə şokdadır

Cəlilabadda 15 yaşlı qız yoxa çıxıb - Ailə şokdadır

Azərbaycanda 5 min eşşək yoxa çıxıb (23 Mart 2017 19:47)
Azərbaycanda 5 min eşşək yoxa çıxıb (23 Mart 2017 10:38)
Azərbaycanda 5 min eşşək yoxa çıxıb (23 Mart 2017 10:05)

Tarix: 4 Oktyabr 2016 04:13

Yeniyetmə qız 10 gündür ki, yoxa çıxıb.

Cəlilabadın Məmmədrzalı kənd sakini Aynurə Nağıyeva sentyabrın 23-də axşam saatlarında evdən çıxıb. 15 yaşlı qızın valideyinləri onun evə gəlmədiyini görüb axtarışlara başlasalar da, bu günə kimi bir xəbər yoxdur.

Ailədə 5 bacının yaşca 3-cüsü olan Aynurəyə qonşu kəndlərdən bir neçə dəfə elçi gəlsələr də, valideyinləri onun azyaşlı olduğunu əsas gətirərək "yox" cavabı veriblər. Ailə də əvvəlcə qızı elə elçi gələn şəxsin qaçırdığından şübhələnib. Ancaq sonradan həmin şəxslərin hadisədən xəbərsiz olduqları məlum olub.

Aynurənin atası Ramil Yusubov deyir ki, mobil operatorlardan ev telefonuna zəng etmiş telefon nömrələrinin siyahısını əldə edib. Onun sözlərinə görə, burada ailə üzvlərinin tanımadığı yeganə bir telefon nömrəsi var ki, o da zənglərə cavab vermir. Məsələ ilə bağlı Cəlilabad rayon Polis Şöbəsində araşdırmalar aparılır.


Teqlər:  Cəlilabadda 15 yaşlı qız yoxa çıxıb Ailə şokdadır



RƏYLƏR


Top xəbərlər