Bakıda 17 yaşlı yeniyetmə döyüldü

Bakıda 17 yaşlı yeniyetmə döyüldü
04:24 4 Oktyabr 2016
57 Digər
Ölkə mətbuatı
A- A+

Bakının Nərimanov rayonunda döyülmə hadisəsi baş verib.

 

APA-nın məlumatına görə, insident Ağa Nemətulla küçəsində qeydə alınıb.

 

17 yaşlı Fərid Ələkbərov tanışları tərəfindən küçənin ortasında döyülüb. Çoxsaylı sınıq xəsarətləri alan Fərid Ələkbərov hadisə şahidlərinin çağırdığı təcili tibbi yardım briqadası tərəfindən 1 saylı Şəhər KLinik Xəstəxanasında çatdırılıb. Həkimlər yaralının kəllə-beyin travması və alın sümüyünün sınığı xəsarətləri aldığını deyiblər.

 

Hadisə barədə xəstəxanadan polisə məlumat verilib. Yaralını dindirmək hələlik mümkün olmayıb. Faktla əlaqədar araşdırmalar davam edir.

 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/255475

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR