Ankarada zəncirvari qəza: 25 yaralı

Ankarada zəncirvari qəza: 25 yaralı
04:49 4 Oktyabr 2016
34 Digər
Ölkə mətbuatı
A- A+

Ankarada 3 avtomobilin iştirakı ilə yol qəzası baş verib.

 

APA-nın “Anadolu” agentliyinə istinadən verdiyi xəbərə görə, Türkiyə paytaxtında sərnişin avtobusu, yanacaq daşıyan yük maşını və minik avtomobili toqquşub.

 

Məlumata görə, yanacaq daşıyan yük maşınının çəni boş olub. Zərbənin gücündən onun aşdığı bildirilir.

 

Qəza nəticəsində avtobusda olan 25 nəfər müxtəlif dərəcəli xəsarət alıb. Yaralılar xəstəxanaya yerləşdirilib.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/255476

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR