Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Şəkər xəstələri dondurma yeyə bilərmi?

Şəkər xəstələri dondurma yeyə bilərmi?

Date: 4 October 2016 07:12

Süddən çıxarılan dondurma sağlamlığa xeyirli olan şirniyyatlardan sayılır.

Dondurma
 
• Keyfiyyətli zülal mənbəyidir.
• A vitamini ilə zəngindir.
• Riboflavin vitamini baxımından zəngindir.
• Kalsium və fosfor minerallerına yüksək dərəcədə sahibdir.
• Az miqdarda D vitamini ehtiva edir.
• Bir çox şirniyyatlara nisbətən kalori tərkibi aşağıdır.

 
Uşaqların qidalanmasında əhəmiyyəti

Uşaqların böyümə və inkişaf dövründə zülal, kalsium, fosfor sümük və əzələnin inkişafı baxımından əhəmiyyətli sayılır. Dondurma, bu ehtiyacın ödənilməsində köməkçi ola bilər. Xüsusilə, süd içməyi sevməyən uşaqlarda süd əvəzinə istehlak edilməsi, gündəlik qida ehtiyaclarını ödəməyə kömək edə bilər.

Hamilə qadının qidalanmasında əhəmiyyəti

Milli.Az deyerler.org-a istinadən bildirir ki, hamiləlik dövründə ananın keyfiyyətli zülal və kalsium ehtiyacı artır. Ana bu ehtiyacını ödəyə bilməsə, körpə öz ehtiyacını ana bədənindən istifadə edir və doğuşdan sonra anada sümük ovulması kimi problemlərin ortaya çıxmasına səbəb ola bilər. Bu səbəb ilə hamilə qadınların gündəlik 3 stəkan (600 ml) süd və süd məhsulları istehlak etməsi lazımdır. Bu ehtiyacın bir qisimi dondurma ilə qarşılana bilər.
 

Yaşlı insanın qidalanmasında əhəmiyyəti

Çəki almaqda çətinlik çəkən , çeynəmə və udma çətinliyi olan yaşlı insanlar da gündəlik kalsium ehtiyacının ödənilməsində istifadə olunan əhəmiyyətli qida nümunəsidir.

Müalicə alan xərçəng xəstələri üçün əhəmiyyəti

Kimyaterapiya ilə müalicə olunan xəstələrdə , bəzən kimyaterapiya müalicəsindən dərhal sonra yanma hissi və iştahsızlıq yarana bilər. Buna paralel olaraq ürək bulanma və qusma şikayətləri də özünü göstərə bilər. Bu cür xəstələrdə , dondurmanın, ümumiyyətlə asan istehlak edilməsi və ürək bulanmaya səbəb olmadığı müşahidə olunmuşdur.

Arıqlamaq istəyən insan dondurma yeyə bilərmi ?

Gündəlik bəslənmə proqramından 1 stəkan süd və 1 dilim çörək azaldaraq pəhriz edən insan gün ərzində 2 top (qaşıqla ölçülür) dondurmanı istehlak edə bilər bilər.

Şəkər xəstələri dondurma yeyə bilərmi ?

Qan şəkəri səviyyəsi nəzarət altına alınmış və piyi olmayan şəkər xəstələri diyetoloqların təklifi ilə həftədə 1-2 dəfə 1 top sadə və ya meyvəli dondurma istehlak edə bilər. Bazarda olan dadlandırıcı ilə hazırlanmış şəkər ehtiva etməyən dondurmalar da gündə 1-2 top  yemək əvəzi yeyilə bilər.
Şüurlu istehlak

• Gerçək süddən edilmiş dondurmalar seçilməlidir.
• Süd kremi və ya qaymaqdan hazırlanan dondurmalar , daha nadir seçilməlidir.
• Dondurma ; süd məhsulu olduğuna görə uyğun şəraitdə saxlanmaqdıqda, zəhərlənmə təhlükəsi  yarada bilər. Bunu nəzərə alaraq soyuq və qaranlıq mühitdə saxlanmalıdır.
• Ərimiş , əridikdən sonra, yenə donmuş dondurmalar qəti olaraq istehlak edilməməlidir.
• Paket dondurmalarda istehsal icazəsi və son istifadə etmə tarixi nəzarət olunmadan istehlak edilməməlidir, - "milliyet".

Milli.Az


Tags:  Şəkər xəstələri dondurma yeyə bilərmi

RƏYLƏR


Top news