Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Qarabağ, Qəbələ, Məzənnə, Neftin qiyməti

Arıqlamağın asan YOLLARI

Arıqlamağın asan YOLLARI

Date: 4 October 2016 07:27

Əgər siz bir neçə əlavə kilonuzdan xilas olmaq istəyirsinizsə, maye içməkdən yorulmayın.

Milli.Az deyerler.org-a istinadən bildirir ki, yay fəsli əlavə çəkini atmaq üçün münasib bir fəsildir. Bu fəsildə mayeni çox içmək mümkün olduğu üçün əlavə çəkidən xilas olmaq da asan olur. Lakin hər içəcək deyil.

1. Az yağlı süd.

Əgər əlavə çəkidən xilas olmaq istəyirsinizsə az yağlı süd için. Bir stəkan soyuq süd isti günlərdə sizin üçün ən yaxşı seçimdir.

2. Alma sirkəsi qatılan su.

İsti havada içərisinə buz parçaları atılan su ən yaxşı içəcəkdir. Bu suya bir qədər limon suyu, nanə və bir neçə damcı alma sirkəsi tökün. Bu içəcək həm susuzluğu yatızdırar və həm də bədəndəki yağları dəf edər.

3. Tərəvəz suyu.

Tərəzəv suyu arıqlamaq istəyənlər üçün ən münasib içəcəkdir: kələm, brokoli, nanə, kök, pomidor suyu kimi. Bu içəcəklər sizi arıqlatmaqla yanaşı, vitamin və anti-oksidantlarla zəngin olduqları üçün çox faydalıdır. Bu içəcəklər hormon xəstələri, diabet xəstələri üçün də faydalıdır.

4. Limonlu su.

Bir neçə litr suya bir neçə limonun suyunu sıxın və onu soyuducuda bir qədər saxlayıb, soyuq halda için. Bu içəcək həm susuzluğunuzu yatızdıracaq və həm də yağlarınızı əridəcəkdir.

5. Yağsız qatıq.

Az yağlı qatıq dadsız görünsə də, əlavə çəkini atmağa yardım edər.

6. Yaşıl çay.

Yaşıl çay həm maddələr mübadiləsini gücləndirər və həm də əlavə çəkini atmağa yardım edər. Yaşıl çay stressi atar, iştahanı azaldar.

7. Qarpız suyu.

Qarpız - az kalorili bir meyvədir. Ona görə də yay fəslində qarpız suyu içmək artıq çəkini atmağa yardım edər. Həm də xərçəng təhlükəsini, ürək xəstəliklərini azaldar.

8. Qreypfrut suyu.

Qreypfrut həm vitaminli və həm də bədəndəki zəhəri təmizləyən bir meyvədir. Bu meyvə insana uzun müddət toxluq hissi verər. Bu meyvənin suyu də faydasız deyildir. Həm də çox dadlıdır.

Milli.Az


Tags:  Arıqlamağın asan YOLLARI


RƏYLƏR


Top news