Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Üzümün faydaları saymaqla bitməz...

Üzümün faydaları saymaqla bitməz...

Date: 4 October 2016 07:42

Üzümün ən bol olduğu dövrdəyik. Meyvə olaraq istehlak etdiyiniz üzümün bir əczaxana olduğunu bilirsinizmi? A, B1, B2, C vitamini ilə yanaşı, tərkibində kalium, maqneziumu mikroelementləri ehtiva edən üzümün faydaları saysızdır. Araşdırmaçılar xüsusilə onun baş ağrısı və xərçəngə qarşı üzümün qoruyucu təsiri olduğunu düşünürlər.

Milli.Az musavat.com-a istinadən bildirir ki,üzüm həmçinin, immun sistemini qüvvətləndirir. Bundan əlavə, böyrək və qaraciyərin funksiyasını artırır, qaraciyər xəstəlikləri və qansızlığın müalicəsində təsirlidir. Qanın təmizlənməsinə, bədəndə yağların əriməsinə köməkçi olur. Bədəndə yığılan zərərli maddələrin çölə atılmasını təmin edir. Yağlı birləşmələrin yığılmasına maneə törədərək və qanı sulandıraraq ürək-damar sisteminin nizamlı işinə yardımçı olur. Tərkibindəki resveratrol maddəsi sayəsində xərçəngə qarşı bədəni qoruyur, orqanizmi viruslara qarşı müqavimətli hala gətirir. Qabıq və çəyirdəkləri mədəyə zərər vermədən həzmi sürətləndirir, bağırsaq sisteminin işini nizamlayır, bağırsaq sancısını aradan qaldırır. Beynin enerji qaynağıdır. Dərinin təzə və təmiz görünüş almasını təmin edir, allergiya və kirəcləşmələrdə iltihab meydana gəlməsinə mane olur.

Milli.Az


Tags:  Üzümün faydaları saymaqla bitməz

RƏYLƏR


Top news