Bakıda 17 yaşlı yeniyetmə döyülüb

Bakıda 17 yaşlı yeniyetmə döyülüb
07:47 4 Oktyabr 2016
209 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakının Nərimanov rayonunda döyülmə hadisəsi baş verib. 

APA-nın məlumatına görə, insident Ağa Nemətulla küçəsində qeydə alınıb.
 
17 yaşlı Fərid Ələkbərov tanışları tərəfindən küçənin ortasında döyülüb. Çoxsaylı sınıq xəsarətləri alan Fərid Ələkbərov hadisə şahidlərinin çağırdığı təcili tibbi yardım briqadası tərəfindən 1 saylı Şəhər Klinik Xəstəxanasında çatdırılıb. Həkimlər yaralının kəllə-beyin travması və alın sümüyünün sınığı xəsarətləri aldığını deyiblər.
 
Hadisə barədə xəstəxanadan polisə məlumat verilib. Yaralını dindirmək hələlik mümkün olmayıb. Faktla əlaqədar araşdırmalar davam edir.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/475762.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR