Salyan sakini naməlum şəxsin hücumuna məruz qalaraq çoxsaylı xəsarətlər alıb

Salyan sakini naməlum şəxsin hücumuna məruz qalaraq çoxsaylı xəsarətlər alıb
08:17 4 Oktyabr 2016
40 Ölkə
Ölkə mətbuatı
A- A+

Salyan. 4 oktyabr. REPORT.AZ/ Salyan şəhər sakini naməlum şəxsin hücumuna məruz qalaraq çoxsaylı bədən xəsarətləri alıb.
“Report”un Aran bürosu xəbər verir ki, Heydər Əliyev prospektində yaşayan 22 yaşlı Nurlan Nuralı oğlu Xankişiyev döş qəfəsinin çoxsaylı xəsarətlərlə Salyan Rayon Mərkəzi Xəstəxanasına gətirilib. Yaralı əməliyyat olunaraq cərrahiyyə şöbəsinə yerləşdirilib.
Onun sözlərinə görə, gecə yarısı tanımadığı şəxs tərəfindən naməlum alətlə bədəninə xəsarətlər yetirilib.
Faktla bağlı araşdırma aparılır. 

Xəbərin orijinal ünvanı: http://report.az/hadise/salyan-sakini-namelum-sexsin-hucumuna-meruz-qalaraq-coxsayli-xesaretler-alib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR