Samsung Galaxy A8 2016 təqdim olundu

Samsung Galaxy A8 2016 təqdim olundu
08:27 4 Oktyabr 2016
Ölkə mətbuatı
A- A+

Cənubi Koreyada tanınmış "Samsung" şirkətinin yeni "Galaxy A8 2016" smartfonunun təqdimatı olub.

Milli.Az lent.az-a istinadən xəbər verir ki, "Exynos 7420" prosessoru ilə işləyən cihaz metal korpusdan ibarətdir. Cihaz 3 Gb əməliyyat və 32 Gb daxili yaddaşa malikdir.

Cihazın displeyinin diaqonalı 5,6 düym təşkil edir, 16 meqapiksel əsas və 8 meqapiksel frontal kameralarla, həmçinin barmaq izləri skaneri ilə təchiz edilib.

Bundan başqa, "Android 6.0.1 Marshmallow" əməliyyat sistemi ilə işləyən cihaz 3 500 mA/saat həcmli akkumulyatora malikdir.

Bildirilir ki, artıq Cənubi Koreyada oktyabrın 1-dən etibarən öncədən sifariş etmək mümkün olacaq. Yeni smartfonun qiyməti 580 dollar təşkil edir.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/mobilt/475582.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR