iMessage-dən olan informasiyalar hüquq-mühafizə orqanlarına verilə bilər

iMessage-dən olan informasiyalar hüquq-mühafizə orqanlarına verilə bilər
08:42 4 Oktyabr 2016
Ölkə mətbuatı
A- A+

iMessage-dən olan informasiyalar hüquq-mühafizə orqanlarına verilə bilər.

Milli.Az lent.az-a istinadən xəbər verir ki, yaradıldığı "Apple" şirkəti tərəfindən iMessage messenceri dostlar və həmkarlar arasında konfidensial ünsiyyət vasitəsi olaraq qələmə verilir. Əldə olunan sənədlərdən isə tətbiqetmənin o qədər də qapalı olmadığı ortaya çıxıb.
 
Şirkət özündə istifadəçilərin kiminlə və nə vaxt ünsiyyəti haqda informasiyaları saxlayır və həmin məlumatlar hüquq-mühafizə orqanlarının tələbi ilə əldə oluna bilər.
 
"Apple" aşağıdakı məlumatları toplayır:
 
* İPhone sahibinin daxil etdiyi telefon nömrələri;
 
* Vaxt və tarix;
 
* İstifadəçinin yerləşdiyi yeri müəyyən etmək üçün istifadə olunan İP ünvan.
 
Hər dəfə istifadəçi telefon nömrəsi daxil etdikdə, tətbiqetmə yoxlamaq məqsədilə "Apple"-in serverinə məktubu alan şəxsin uçot qeydlərinin olub-olmamasını barədə sorğu göndərir. Bu vaxt şirkət istifadəçinin uçot qeydinin olub-olmamasından asılı olmayaraq, kiminlə əlaqə qurmaq istəyi barədə məlumatları görür. Bundan başqa, "Apple" bu informasiyanı hüquq-mühafizə orqanlarının təqdim etdiyi müvafiq order əsasında onlara ötürə bilər.
 
"Apple"-dan bu məsələni belə şərh ediblər: "Order olduqda, biz hüquq-mühafizə orqanlarının tələb etdiyi informasiyalardan yalnız sərəncamımızda olan məlumatları təqdim edə bilərik. Nəzərə alsaq ki, iMessage-də hərtərəfli şifrələmədən istifadə olunur və buna görə də bizim yazışmaların mətninə girişimiz yoxdur".
 
Qeyd etmək istərdik ki, iMessage istifadəçilərin konfidensiallıqlarını təhlükə qarşısında qoyan yeganə deyil. Məsələn, yeni Google Allo messenceri istifadəçilərin yazışmasını qeyri-məhdud vaxt ərzində saxlayır.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/mobilt/475588.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR