Aktual mövzular: Dollar alış-satışı , Barselona - Real, Hava haqqında, Məzənnə, Neftin qiyməti

Sevginin gücü Marsa qalib gəldi

Sevginin gücü Marsa qalib gəldi

Date: 4 October 2016 08:42

100 nəfər 10 ildən sonra daimi yaşamaq üçün Marsa göndəriləcək.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, 2013-cü ildə 2100 könüllü arasından seçilən 100 nəfərdən biri 26 yaşlı italyan həkim Pietro Aliprandi olub.

O, seçimlərdən bir müddət sonra Elena adlı qıza aşiq olub və gələcək planlarında ciddi dəyişiklik edib. Həkim "Həyatımın sevgisini tapdım" deyərək Marsa getməkdən imtina edib:

"Elenanın eşqi uşaqlığımdan bəri xəyallarımda yaşatdığım Marsdan daha güclüdür. Marsdan imtina edirəm, amma bundan daha dəyərli olan sevgini qazanıram".

Qeyd edək ki, 50 kişi və 50 qadın könüllünün yer alacağı "Mars One" adlı layihə hollandiyalı Bas Lansdorp tərəfindən həyata keçiriləcək.

Milli.Az


Tags:  Sevginin gücü Marsa qalib gəldi

RƏYLƏR


Top news