Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Klinton Trampı 5 faiz qabaqlayır

Klinton Trampı 5 faiz qabaqlayır

Date: 4 October 2016 08:42

ABŞ prezidentliyinə Demokratik Partiyasından namizəd Hillari Klinton rəqibini, respublikaçıların namizədi Donald Trampı 5% qabaqlayır.

Milli.Az APA-ya istinadən xəbər verir ki, CNN-in keçirdiyi son sorğuya əsasən, Klinton seçicilərin səsinin 47 faizini, Tramp isə 42 faizini toplaya bilib.
 
Qeyd edək ki, ötən həftə "Reuters" agentliyi  və "İpsos" şirkəti tərəfindən birgə keçirilmiş sorğuda rəyi soruşulanlardan 43 faizi Klintonu, 38 faizi isə Trampı dəstəkləyib.
 
Xatırladaq ki, ABŞ-da bu il noyabrın 8-də növbəti prezident seçkiləri keçiriləcək.

Milli.Az


Tags:  Klinton Trampı faiz qabaqlayır

RƏYLƏR


Top news