Robot cərrahlar üçün yeni sistem yaradılıb

Robot cərrahlar üçün yeni sistem yaradılıb
08:47 4 Oktyabr 2016
Ölkə mətbuatı
A- A+

Dikin və Harvard universitetlərinin alimləri tərəfindən hazırlanmış "HeroSurg" sistemi cərrahları robotların köməyi ilə əməliyyatlar zamanı taktil hisslərlə təmin edəcək.

Harvard Universiteti və Avstraliyanın Dikin Universitetinin alimləri tərəfindən hazırlanmış "HeroSurg" adlı yeni sistem cərrahları robotların köməyi ilə innovativ əməliyyatlar keçirən zaman əks-əlaqə ilə təmin edəcək. Yeni sistem taktil hisslərin təmini texnologiyasından başqa, robot cərrahların səhv hərəkət etməsinin qarşısını alacaq ki, bu da avtomatlaşdırılmış cərrahlığı daha təhlükəsiz və səmərəli edəcək.

Milli.Az ICTnews-a istinadən bildirir ki, "HeroSurg" istehsalçılar tərəfindən robot cərrahlar üçün əks-əlaqəyə malik  taktil sistem kimi təsvir edilir. Sistemə qurulmuş sensorlar cərrahın robota təsir gücünü hiss etməyə və onun əllərinin təhlükəli hərəkətlərinə vaxtında reaksiya verməyə imkan verir. "HeroSurg" sisteminin yaradıcıları bildiriblər ki, yeni həll pasiyentlərin toxumalarına virtual səviyyədə toxunmağa imkan verəcək.

Yeni sistem şişlərin növünü müəyyənləşdirmək üçün cərrahlara toxuma sərtliyini ayırd etməyə kömək edəcək. Qeyd edək ki, indiyədək bunu avtomatlaşdırılmış cərrahlıq çərçivəsində etmək mümkün olmamışdı.

Qurğu, həmçinin əməliyyat yerindən "3D" təsvirlərin əldə edilməsinə imkan verir. Bundan başqa, "HeroSurg" sistemi modulyar konstruksiyaya malikdir, belə ki, qarşıdakı əməliyyata uyğun olaraq ayrı-ayrı detalları əvəz etmək mümkündür.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/475580.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR