Aktual mövzular: Dollar alış-satışı , Çempionlar Liqası, Hava haqqında, Məzənnə, Neftin qiyməti

Brüsseldə 70-dən çox ölkə Əfqanıstanı müzakirə edəcək

Brüsseldə 70-dən çox ölkə Əfqanıstanı müzakirə edəcək

Date: 4 October 2016 08:47

70-dən çox ölkə və 20 təşkilat Brüsseldə Əfqanıstan üzrə iki günlük konfransda iştirak edəcək.

Milli.Az APA-ya istinadən xəbər verir ki, tədbirin  əsas məqsədi Əfqanıstan hökumətinə islahatlar və ölkədə sülhün bərqərar olmasında yardım etməkdir.
 
Bundan əlavə, konfrans çərçivəsində Avropa İttifaqı tərəfindən Əfqanıstana dövlət inkişafı sahəsində strateji prioritetlərin maliyyələşdirilməsi üçün 200 milyon avronun ayrılması gözlənilir.
 
Konfransda Avropa İttifaqı Şurasının sədri Donald Tusk, Avropa İttifaqının xarici məsələlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Federika Moqerini iştirak edəcək. Əfqanıstanı tədbirdə ölkə prezidenti Məhəmməd Əşrəf Qani təmsil edəcək.
 

Milli.Az


Tags:  Brüsseldə 70-dən çox ölkə Əfqanıstanı müzakirə edəcək

RƏYLƏR


Top news