Sumqayıtda partlayış: bir nəfər öldü

Sumqayıtda partlayış: bir nəfər öldü
09:03 4 Oktyabr 2016
45 Digər
Ölkə mətbuatı
A- A+

Sumqayıtda partlayış baş verib.

Publika.az Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən xəbər verir ki, nazirliyin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Sumqayıt şəhərində qaz sızması nəticəsində partlayışın baş verməsi və 1 nəfərin dağıntılar altında qalması barədə məlumat daxil olub.

Dərhal Nazirliyin Sumqayıt Regional Mərkəzi üzrə xilasediciləri hadisə yerinə cəlb olunub.

Xilasedicilər dağıntılar altında qalmış 1936-cı il təvəllüdlü Fərzəliyev Sadəddin Mustafa oğlunun cəsədini çıxararaq aidiyyəti üzrə təhvil vermişlər. Əməliyyat saat 04:14-də başa çatıb.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/hadise/170833.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR