Aktual mövzular: Dollar alış-satışı , Hava, Məzənnə, Neftin qiyməti

İspaniya millisində itki

İspaniya millisində itki

İngiltərə millisində itki (22 Mart 2017 22:42)

Tarix: 4 Oktyabr 2016 09:22

İspaniya milli komandası itki ilə üzləşib. 

Milli.Az qol.az-a istinadən xəbər verir ki,  "Bavariya"nın yarımmüdafiəçisi Xavi Martines DÇ-2018-in seçmə mərhələsi çərçivəsində oktyabrda keçiriləcək görüşlərdə İspaniya yığmasına kömək edə bilməyəcək. 

28 yaşlı futbolçunun sol dizində problem var. Bu səbəbdən də Xavi Martines İtaliya (6 oktyabr) və Albaniya (9 oktyabr) ilə görüşlərdə meydana çıxmayacaq. 

Qeyd edək ki, cari mövsüm Xavi Martines bütün turnirlər nəzərə alınmaqla, "Bavariya"nın heyətində 10 matçda forma geyib. 

Milli.Az


Teqlər:  İspaniya millisində itki



RƏYLƏR


Top xəbərlər