"Bakı Yükavtonəqliyyat"a baş direktor təyin ediləcək

"Bakı Yükavtonəqliyyat"a baş direktor təyin ediləcək
09:22 4 Oktyabr 2016
Ölkə mətbuatı
A- A+

Bakı. 4 oktyabr. REPORT.AZ/ Noyabrın 6-da, saat 11:00-da "Bakı Yükavtonəqliyyat" ASC-nin səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcək.
"Report" xəbər verir ki, bu barədə rəsmi mətbuatda məlumat verilib.
Məlumata görə, yığıncaq Bakı şəhəri, Nəsimi rayonu, Tbilisi prospekti, 1058-ci məhəllə ünvanında baş tutacaq. 
Toplantının gündəliyinə Cəmiyyətin 2015-ci il üçün maliyyə-təsərrüfat fəaliyyətinin müzakirəsi və illik balans hesabatının təsdiqi, tək başçı icra orqanının (baş direktorun) seçilməsi, Cəmiyyətin nizamnaməsinin yeni redaksiyada təsdiq edilməsi məsələsinin müzakirəsi və digər məsələlər daxildir.
Ümumi yığıncaqda bütün səhmdarların şəxsiyyətini təsdiq edən sənədlə iştirakı vacibdir. 

Xəbərin orijinal ünvanı: http://report.az/biznes/baki-yukneqliyyat-a-bas-direktor-teyin-edilecek

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR