Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Hava limanında tələbənin çantasından çıxanlar görənləri ŞOK ETDİ

Hava limanında tələbənin çantasından çıxanlar görənləri ŞOK ETDİ

Date: 4 October 2016 09:47

Dubaydan Moskvaya gələn gənc Domodedovo hava limanında saxlanılıb. O, baytarlıq fakültəsinin tələbəsi olduğunu, heyvanları evdə saxlamaq məqsədilə Honkonqdan aldığını bildirib.

Milli.Az virtualaz.org-a istinadən bildirir ki, heyvanları gömrük yoxlaması zamanı xüsusi öyrədilmiş xidməti it aşkar edib. 19 yaşlı sərnişinin yükündə 2 ilan və 28 kərtənkələ tapılıb. Baytarlıq öyrəndiyini deyən tələbənin bu heyvanların daşınmasına heç bir icazəsi olmayıb.

İlanlar və kərtənkələlər vəhşi heyvanların reabilitasiya mərkəzinə göndərilib. Ekspertizanın rəyindən sonra hüquq-mühafizə orqanları tələbənin inzibati qaydada məsulliyyətə cəlb ediləcəyi, yaxud barəsində cinayət işi başlanılacağı barədə qərar verəcək.

Milli.Az


Tags:  Hava limanında tələbənin çantasından çıxanlar görənləri ŞOK ETDİ

RƏYLƏR


Top news