Qazaxda iki avtomobil toqquşub: yaralı var

Qazaxda iki avtomobil toqquşub: yaralı var
09:52 4 Oktyabr 2016
42 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı-Qazax magistral yolunda iki nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Milli.Az APA-ya istinadən bildirir ki, hadisə yolun 488-ci kilometrliyində, Qazax rayonu ərazisində qeydə alınıb.
 
"VAZ 2107" və "Land Rover" markalı avtomobillərin toqquşması nəticəsində Bakı şəhər sakini, 1978-ci il təvəllüdlü Ramazan Gözəlov və Qazax rayon sakini, 1995-ci il təvəllüdlü Azim Xəlilov müxtəlif bədən xəsarətləri alaraq Qazax Müalicə Diaqnostika Mərkəzinə yerləşdiriliblər.
 
Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsində araşdırma aparılır.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/475807.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR