Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Azərbaycan Texniki Universitetinin kafedra müdiri vəfat edib

Azərbaycan Texniki Universitetinin kafedra müdiri vəfat edib

Date: 4 October 2016 09:57

Bakı. 4 oktyabr. REPORT.AZ/ Azərbaycan Texniki Universitetinin kafedra müdiri dünyasını dəyişib.
"Report"un məlumatına görə, universitetin “Riyaziyyat” kafedranın müdiri, professor Məhəmməd Dünyamalıyev 78 yaşında vəfat edib.
Ölümə səbəb ürək tutması olub.  
Qeyd edək ki, Dünyamalıyev Məhəmməd Ağamirzə oğlu 1938-ci ildə Qərbi Azərbaycanda (indiki Ermənistan Respublikası) anadan olub. 1962-ci ildə Bakı Dövlət Universitetinin (keçmiş S.M.Kirov adına Azərbaycan Dövlət Universiteti) mexanika-riyaziyyat fakültəsini mexanika ixtisası üzrə bitirib. 1962-ci ildən Azərbaycan Texniki Universitetinin “Riyaziyyat” kafedrasında assistent, baş müəllim, 1975-ci ildən dosent, 1995-ci ildən professor, 2010-cu ildən isə “Riyaziyyat” kafedranın müdiri vəzifəsində işləyib.
Əsas elmi sahəsi yeraltı hidro-qazodinamika məsələlərinin tədqiqində mayenin süzülməsində mühitin relaksasiyası və sürüşgəcliyi məsələləridir. Belə məsələlərin həlli diferensial və integro-diferensial tənliklərin həllinə gətirilir ki, burada da müxtəlif oblastlarda I-IV növ sərhəd məsələləri ədəbiyyatda birinci dəfə həll edilib. M.A.Dünyamalıyev 114 elmi məqalənin, 6 metodik vəsaitin və 2 monoqrafiyanın müəllifidir.

Tags:  Azərbaycan Texniki Universitetinin kafedra müdiri vəfat edib

RƏYLƏR


Top news