10 milyonu aparılan erməni Kardaşyan: "Qorxdum ki, məni zorlayalar" - FOTO

10 milyonu aparılan erməni Kardaşyan: "Qorxdum ki, məni zorlayalar" - FOTO
10:05 4 Oktyabr 2016
187 Maraqlı
Ölkə mətbuatı
A- A+

ABŞ-ın ən məşhur realiti-şou ulduzu, pornoqrafik videoları yayılandan sonra məşhurlaşan erməni Kim Kardaşyanın Parisdə məruz qaldığı qarətin təfərrüatları bəlli olub.

Milli.Az TMZ-yə istinadən bildirir ki, Yüksək Moda Həftəsinə qatılmaq üçün Parisə anası Kris Cenner və bacısı Kendall Cennerlə birlikdə yollanmış 35 yaşlı Kim Kardaşyan şəhərdəki ən bahalı, nüfuzlu otellərdən biri sayılan "Hotel Pourtales"də qalmışdı.

Bu otelin saytı yoxdur, telefon nömrələri də açıqlanmır. Otel həddən artıq lüks səviyyədə xidmət göstərir və nömrəni şəxsən zəng edib sifariş vermək gərəkdir.

Otel Parisin 8-ci dairəsində yerləşir və "La Madeleine" kilsəsi ilə üzbəüzdür.

Oteldə ikimərtəbəli apartamenti seçmiş Kim Kardaşyan vanna otağında olarkən içəriyə üzlərində maska olan 5 nəfər soxulub.

Əyinlərində polis paltarı olan bu quldurlar Kardaşyanın nömrəsinin önündə durmuş cangüdənini yerə yıxaraq əl-ayaqlarını bağlayıblar, ağzına skotç vurublar.

Şoka düşən Kardaşyan sonradan "Qorxdum ki, məni zorlayalar" deyib: "Onlara yalvardım, iki uşaq anası olduğumu dedim, mənə toxunmamalarını istədim. Telefonumu əldən aldılar, vurub yerə yıxdılar, azğıma skotç vurdular, əllərimi və ayaqlarımı bağlayıb vanna otağına apardılar, orada vannaya uzatdılar".

Quldurlar Kardaşyanın əl-ayağını bağlayandan sonra axtarışa başlayıblar. Onlar Kardaşyana əri Kanye Uestin hədiyyə etdiyi, 20 karatlıq almaz qaşlı, 4 milyon avro dəyərində üzüyü axtarırdılar. Quldurlardan biri "Üzüyü tapın! Üzük gərəkdir!" deyirmiş.

Axtarışlar az sonra başa çatıb və maskalı quldurlar içində 6 milyon avroluq zinət əşyaları olan mücrünü, 4 milyon avroluq nişan üzüyünü və Kim Kardaşyanın iki mobil telefonunu aparıblar.

Onlar oteldən çıxanda velosipedlərə minərək müxtəlif səmtlərə yönəliblər.

Kim Kardaşyanın əsas cangüdəni Paskal Düvye hadisə anı oteldən 2 km aralıdakı gecə klubunda idi: o, Kardaşyanın bacısı Kendall Cenneri mühafizə edirdi.

İlkin məlumatlara görə, Kim Kardaşyan "Çəhrayı bəbir" kimi tanınan mütəşəkkil cinayətkar qrupun qurbanı ola bilər. Bu qrup 1984-cü ildən bəri 320 milyon dollarlıq zinət əşyaları oğurlayıb.

Kann, Tokio, Sinqapur və Dubayda "dayaq dəstələri" olan qrupda 200 quldurun olduğu deyilir.

Milli.Az

















































































Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/475788.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR