Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

"Qəbələ" idmançısından 7-ci qələbə

"Qəbələ" idmançısından 7-ci qələbə

Date: 4 October 2016 10:05

"Qəbələ" İdman Klubunun döyüşçüsü Hüseyn Əliyev növbəti qələbəsini qazanıb. 

Milli.Az qol.az-a istinadən xəbər verir ki, 26 yaşlı idmançımız Rusiyanın Nalçik şəhərində təşkil olunan MMA döyüşlərində uğurla çıxış edib. 

Dünya Kubokunun mükafatçısı olan təmsilçimiz Beynəlxalq Qafqaz Çempionatında (International Caucasian Fight Championship) rusiyalı Vaxa Şanxoyevlə qarşılaşıb. 

3 raund davam edən döyüşdə hakimlərin rəyi ilə qalib gələn Əliyev 9-cu sınağında 7-ci qələbəsini əldə edib.

Milli.Az


Tags:  Qəbələ idmançısından 7-ci qələbə

RƏYLƏR


Top news