"Şeref Meselesi" serialından sonra ekranlardan uzaqlaşan Kərəm Bürsinə tərəf müqabili tapılmır.
Axşam.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, "Bu şehir arkandan gelecek" adlı serialda çəkilməyə hazırlaşan aktyora ssenari üçün "sevgili" lazımdır.
"Ay Yapım" yeni layihəsi üçün məşhur aktrisalarla danışıqlar aparsa da, nəticə əldə edilməyib. Ona görə də şirkət hazırda yeni sima axtarışındadır.