Şortik və çəkələklə işə gələn biznesmen: “Mənə kim müəllim desə...” - MÜSAHİBƏ

“AzInTelecom” “GoldenPay” şirkəti ilə əməkdaşlığa başlayır (03 Mart 2017 16:35)

"Necə varlanmaq, davamlı biznes qurmaq olar?" sualı hər birimizin beynində dolaşır. Xüsusilə də, iş dünyasında Stiv Cobs, Amansio Orteqa, Mark Zukerberq, Karlos Slim, Con Rokfeller kimi kiçik bizneslərdən başlayıb milyardlara sahib bioqrafiyaların mövcud olduğu zamanda...

Sahibkarlıq fəaliyyətinə geniş imkanlar yaradan Azərbaycanda bu gün "hansı işi qurub, pul qazanmaq mümkündür", "iş adamlarımız bizneslərinə nə dərəcədə məsuliyyətlə yanaşırlar" kimi suallara "Varlanmağın sirri" rubrikasında işıq salmağa çalışırıq.

Beləliklə "Varlanmağın sirri" rubrikası çərçivəsində Publika.az-ın müsahibi "GoldenPay" şirkətinin və "Hesab.az" onlayn ödəniş portalının təsisçisi və rəhbəri Fərid İsmayılzadədir.

- Fərid müəllim, neçə ildir iş adamı kimi fəaliyyət göstərirsiniz?

- 9 ildir. "GoldenPay" şirkət kimi 2007-ci ildə qeydiyyatdan keçib. Amma ilk ödəniş 2009-cu ildə həyata keçirilib. Şirkət qeydiyyatdan keçdiyi gündən saysaq, 9 il edər.

- Adətən şirkətlər ilk müştərilərini əbədiləşdirirlər. Siz necə, hansısa xatirə şəkli çəkdirdiniz?

- Yox. Həmin adamla maraqlanmamışam. Bir də bizdə sistem elədir ki, istifadəçinin kimliyini bilmək olmur. Sadəcə kartın ilk 6 və son 4 rəqəmini görürük.

- "GoldenPay" Azərbaycanda ilk və ən iri onlayn ödəmə sistemidir. Özünüzün də dediyinizdən belə bəlli olur ki, şirkət bir necə il sıfır gəlirlə işləyib. Niyə bank, şadlıq evi, restoran deyil, onlayn ödəmə sistemi yaratdınız? Kifayət qədər riskli deyildimi?

- Amerikada təhsil alırdım. Tətil məqsədilə Azərbaycana gəlmişdim. Yerli ödəniş sistemi yox idi. Halbuki Qərb ölkələrində internet ödənişləri çox adi məsələ idi. Fikirləşdim ki, bizdə də belə bir şey olmalıdır. Açığı, şirkəti quranda yadımdadır ki, hamı bizi məzhəkəyə qoyurdu. Heç kimin onlayn ödəməyəcəyini, insanların buna hazır olmadığını və bu işdə qazancın mümkün olmayacağını söyləyirdilər.

- Sirr deyilsə, bu işə nə qədər sərmayə yatırmışdınız?

- Start-up olduğumuza görə, ilk illərdə maliyyə çətinliklərimiz də kifayət qədər idi. Sistemin alışına qədər 60 min avro xərcləmişik. Onda avronun məzənnəsi aşağı idi (gülür). Ümumiyyətlə şirkətin formalaşmasına 300 min manat sərmayə yatırılıb. 2011-ci ilin noyabrında artıq sərmayə qoyuluşunu dayandırdıq. Həmin tarixdən şirkət özü qazanır.

- 60 min avro şəxsi büdcəniz idi, yoxsa kimsə dəstək oldu?

- O məbləği atamdan almışdım.

- İşə tək başlamısınız?

- Bəli. İnvestorlar sonradan cəlb edilib.

- Belə təsəvvür yaranır ki, şirkəti məkan olaraq qarajda qurmusunuz…

- Yox evimdə. O zaman evli deyildim.

- Sistemi yaratmağa gündə nə qədər vaxt sərf edirdiniz?

- Demək olar ki, 24 saat.

- İndiki nəticənin alınacağına inanırdınız?

- Hazırda çatdığım nöqtə güman etdiyimdən 10 dəfə aşağıdır.

- Neçə ildən sonra gəlir əldə edəcəyinizi təxmin edirdiniz?

- 2-3 il.

- Tərəfdaşlarınızı inandırmaq bacarığınızı qiymətləndirməmək olmur…

- Tərəfdaşları inandırmaq çətin oldu. Elə indi də çətindir. Düzdür, hazırda əsasən dövlət oqranlarını tərəfdaş kimi cəlb etmək çətindir. Məsələn, Dövlət Yol Polisi, Vergilər Nazirliyi, İpoteka Fondu, DSMF və Gömrük Komitəsinin ödənişləri yalnız bir portalda – "Hökumət Ödəniş Portalı"nda mümkündür. Çox istərdik ki, bu ödənişlər də bizim sistem üzərindən aparılsın.

- Bir az da rəqiblərinizdən danışaq. Güman ki, bazara rəqibsiz girmişdiniz. Dövrün və tələblərin dəyişdiyini nəzərə alsaq, rəqiblərinizin çoxalmasına hazırsınızmı?

- Ötən illərdə Hesab.az kimi daha 8 portal yaradılıb. Vaxtilə bizi ciddi qəbul etməyənlər hazırda bu işlə məşğul olurlar və ya olmağa çalışırlar. Amma bazarın 75 faizi bizdədir. Bu, təbii monopoliyadır (gülür).

- İT sahəsindəki iş adamlarında belə bir güvən yaranıb ki, əmtəə istehsalı ilə məşğul olan şirkətlərin dövrü artıq geridə qalıb. Hətta dünya üzrə milyarderlərin siyahısında belə sərvətlərinin həcminə görə, birincilər irəliləməyə başlayıblar. Siz nə düşünürsüz bu haqda? Zaman sizindir?

- Məncə, belə deyil. İnsanların əmtəə məhsullarına tələbatı hələ də yüksəkdir. Sadəcə xidmətin göstərilməsi prosesində dəyişikliklər baş verib. Əvvəllər insanlar telefonu mağazaya gedib alırdısa, indi onu internet vasitəsilə sifariş də edə bilirlər. Bu qədər.

- Azərbaycandan kənarda investisiya planlarınız var?

- Hazırda Bosniyada "Golden Pay" yaratmışıq. Uğurlu alınsa, bu yöndə planlarımıza Gürcüstan, Serbiya, Makedoniyanı da daxil edəcəyik. Sərmayəçilərin qərarından asılı olacaq.

- Gördüyünüz işlərin həcminə baxanda kənardan kifayət qədər böyük işçi kontingenti olan şirkət təsiri bağışlayırsınız. Nə qədər işçiniz var?

- Başlayanda 3 nəfər idik. Hazırda 30 nəfər işçimiz var. İnternet şirkətinin özəlliyi ondadır ki, orada çox adam işləmir. "Facebook"a baxın, 5 min nəfər işçisi var amma 80 min nəfər işçisi olan bp şirkətindən çox pul qazanır.

- İşçiləri özünüz seçirsiniz?

- Yeni başlayanda işçiləri müsahibə yolu ilə özüm seçirdim. "GoldenPay" artıq start-up deyil. Oturuşmuş şirkətdir. İki müavinim var. Üçüncü müavin də götürmək üzrəyik. Hazırda ancaq orta menecerin seçimində iştirak edirəm. Hesab edirəm ki, bu normaldır. Çünki işləyəcəkləri adamları mən deyil, menecerlərin özləri seçməlidirlər.

- Adətən xaricdə təhsil alan müdirlər işçiləri işə götürən zaman qarşı tərəfdən eyni göstəricini tələb edirlər...

- Heç bir işçinin diplomundan xəbərim yoxdur. Əsas insanın şəxsi keyfiyyətləri, görəcəyi işlə bağlı təcrübəsidir. Sahibkarın işini görə biləcək adam ya var, ya da yoxdur. Ya başqa şirkətdən çıxarmalısan, ya da xaricdən gətirməlisən. Mən problemi atardım iş axtaranın üstünə. Bu gün ölkədə əgər kimsə işsizlikdən danışırsa, öz təcrübəmdən deyim ki, çox şirkət sahibləri və idarəçiləri də normal kadr çatışmazlığından əziyyət çəkir. İndi iki diplomun var, qırmızı diplomum var, kimi söhbətlər dövrü deyil.

- Yerli biznes sektorunda qəribə tendensiya var. Fəaliyyətlərində olmasa da ofislərdə işgüzar fon yaradılır. Məsələn, 10 nəfərdən az əməkdaşı olan iş adamları var ki, ofis geyimi, ciddi davamiyyət tələb edirlər. Siz müdir kimi necəsiniz?

- Siz gələndə mən şortikdə idim (gülür). Şirkətdə geyim sərbəstliyi var. Bəzi işçilər istisna olmaqla iş rejimi də sərbəstdir. Əsas verilən tapşırığın yerinə yetirilməsidir. Qapım daim açıqdır. Mənə "müəllim" deyə müraciət etmək olmaz. Hətta stolum-stulum işçilərinki ilə eyni standartdadır. Çəkinmədən deyə bilərəm ki, ofis şəraitinə, sərbəstçiliyə, innovativliyimizə görə Azərbaycanın "Facebook"u deyə bilərsiniz. Amma xəbərdar edim ki, yaradılan imkanlardan, sərbəstlikdən sui-istifadə edən işçiləri işdən çıxardığım da olub.

- Deyəsən yerli işgüzar cəmiyyətə hələ adaptasiya olmamısınız...

- Azərbaycandan 15 yaşından getmişəm. Çox uşaq idim. Hələ şəxsiyyətim formalaşmamışdı, deyə bilərəm. Çox məsələlərdə kifayət qədər amerikanlaşmışam. Bir çox fikirlərim, düşüncələrim bu mentalitet deyilən şeyə uyğun deyil. Bunun belə qalmasını istəyirəm. Adaptasiyaya imkan vermirəm. Gördüyünüz kimi çəkələkdə, şortikdə gəzirəm. Hər ayın 15 gününü ölkədə olmuram. Qalstuk taxmıram. İldə iki dəfə qalstuk taxıram bu da o zaman baş verir ki, yüksək ranqlı şəxslə işgüzar görüşə gedirəm. Bütün brendlərə nifrət edirəm, bahalı maşın sürmürəm.

- Belə çıxır paltarlarınızı ən ucuz dükanlardan alırsınız?

- Şopinqi sevmirəm. Özüm üçün bir-iki dükan müəyyən etmişəm. Mall-a girib ancaq oradan paltar alıb çıxıram.

Bəzi şeylər barədə qərar vermək istəmirəm. Bir sözlə bu məsələlərdə seçimlərimi daraldıram.

- Hər ayın 15 gününü ölkədə olmadığınızı dediniz. Səyahətə nə qədər pul xərcləyirsiniz?

- Əvvəla, səyahət etmək mənim üçün hər şeydir. Bu günə qədər 50-dən çox ölkədə olmuşam. Məqsədim bütün dünya ölkələrini gəzməkdir. Çalışıram ki, hər il əvvəl olmadığım beş yeni ölkədə olum. Bu yaxınlarda belimdə çanta üç Mərkəzi Asiya ölkəsini gəzdim. İki ölkədə 1000 dollara yaxın pul xərclədim. Səyahətlərimin 99 faizində ucuz səyyaham. Bir məqamı qeyd edim ki, səfər etdiyim ölkələrin görməli yerləri ilə elə də çox maraqlanmıram. Ən çox məni maraqlandıran ölkənin insanları ilə ünsiyyət və onların mətbəxidir. Demək olar ki, hər şey yeyə bilirəm.

Məsələn, Çində, Tayvanda olduğum zaman qarşıma qoyulan bütün yeməklərdən daddım. Qurbağa ətindən tutmuş böcək qızartmasına qədər. Məndə iyrənmək deyilən anlayış yoxdur. Bunları normal qarşılayıram. Bütün millətlərdən ən azı bir nəfəri tanımaq mənim üçün maraqlıdır. İşim, gücüm, ailəm olmasaydı və yetərincə pulum olsaydı elə ancaq dünyanı gəzərdim.

- Hobbiniz nədir?

- Futbol. İki sevimli klubum var: "Bavariya" və "Galatasaray". Onların oyunlarını stadionda izləmək üçün tez-tez İstanbula və ya Münxenə gedirəm.

- Xəsislik etmədən pul xərcləyirsiniz?

- Xərcləyirəm.

- Əksər iş adamları gündə 5 saat yatdıqlarını, qalan saatı işlədiklərini iddia edirlər. Neçə saat işləyirsiniz?

- Sahibkar həmişə tətildədir və ya həmişə işləyir. Yəni rəhbər kimi çox kiçik limitlərim ola bilər. İstədiyim zaman işimi dayandırıb harasa tətilə gedə bilərəm. Amma elə də olur ki, yatanda da beynimdə iş olur. Bəzən problemi düşünüb yuxuya gedirəm, səhər yuxudan qalxanda onu çözmüş oluram.

- İdeyanız, biznesiniz çoxlarını həvəsləndirir. Sizcə insanın bir yerə gəlib çıxması üçün onun çox çalışması, təşəbbüskar olması daha vacibdir yoxsa uğur amili aparıcı rol oynayır?

- Klassik uğur anlayışına inanmıram. Bu yolda başıma minlərlə oyun gəlib. Dəfələrlə "dibi" görmüşəm. Geriyə, Amerikaya qayıtmaq istəmişəm. İçimdəki ali məqsədlər məni tutub saxlayıb. Zamanında qanadların qırılıb yanına düşməyibsə, qapıdan qovulanda pəncərədən girmisənsə, deməli uğur əldə etmisən. İnanın bütün bu proseslərdən keçmişəm. Çox qapılardan qovulmuşam. Çalışmaq, ruhdan düşməmək vacibdir.

- Dediyiniz ali məqsədiniz nədir - çox pul qazanmaq, yoxsa bazarın birincisi olmaq?

- Azərbaycan mənim üçün başlanğıc nöqtəsidir. Kiçik ölkədə innovasiyaları sınaqdan keçirmək, səhv etmək daha ucuz başa gəlir. Ali məqsədimə gəlincə, süni intellekt və kvant fizikası üzrə universitet yaratmaqdır. Bunu reallaşdırmaq naminə pul qazanmalıyam.

- Belə çıxır zamanı gələndə "GoldenPay" layihəsindən kənarlaşacaqsınız?

- Bir biznesi yaradıb, inkişaf etdirib satmaq fikrimcə, daha məqbul addımdır. Çünki bəlli nöqtədən sonra qurucu şirkətə zərər verməyə başlayır. Bu əsasən emosiyalarla bağlı olur. Birinci növbədə idarəetmədən kənarlaşmaq lazımdır. Belə bir addımı "Microsoft" şirkətinin sahibi Bill Qeyts də müşahidə etdik.

- İş sektorunda kumiriniz Bill Qeytsdir?

- Birinci yerdə mənim üçün "Tesla Motors"un sahibi Elon Musk gəlir. Sonra Mark Zukerberq, Bill Qeyts və rəhmətlik Stiv Cobs. Azərbaycanda kumirim yoxdur.

- Maraqlıdır, milli biznesmenlərimizdə bəyənmədiyiniz nədir?

- Çox yaxşı iş adamlarımız var. Sadəcə özünüzə ideal müəyyən etdiyiniz insanla aranızda məsafə böyük olmalıdır. Hesab edirəm yerli iş adamlarımızla aramdakı məsafə o qədər də böyük deyil. Düzdür, məndən uğurlu olanlar çoxdur. Amma bir çox məsələlərə görə onları ideallaşdıra bilmirəm. Yəni onların əldə etdiklərini qazana bilərəm.

- İlk qazancınız nə qədər olub?

- 100 dollar. Anam həmin pulu zərfin arasında saxlayır.

- Bəs biznesdən qazandığınız ilk maliyyəni nəyə sərf etdiniz?

- Borclarımı qaytardım. Bir ara investordan pul almırdıq və o zaman şirkətin işçilərinin maaşını cibimdən ödəyirdim. Risk edib bir çox bankdan şəxsi kreditlər götürmüşdüm. İşlər düzəlməyə, eyni zamanda maaş almağa başlayan kimi kreditləri bağlamağa başladım. Şükür, artıq banklara borcum yoxdur.

- Maaşınızı kim təyin etdi sizə?

- Özüm. 2011-ci ilin noyabrından etibarən şirkətdə maaş alıram. Həmin vaxta qədər əldə edilən pulla işçilərin məvacibi ödənilib. Mən isə həyat yoldaşımın məvacibi və atamın verdiyi pulla dolanırdım.

- Özünüzə nə qədər maaş yazdınız?

- 3000 manat.

- Birdən-birə əməyinizi 3 min manata layiq gördünüz?

- Artıq şirkət mənfəətlə işləyirdi.

- Neçə dildə danışırsınız?

- 5 dildə - Azərbaycan, ingilis, rus, türk, alman. Alman və türk dillərini sırf bu xalqları sevdiyim üçün öyrənmişəm.

- İşçiləriniz?

- 80 faiz ingiliscə təmiz bilir.

Leyla Əliyeva

Fotolar: Elçin Murad




RƏYLƏR

OXŞAR XƏBƏRLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün »

Kişi qılığına girib istədiyini edən QADIN: qardaşı ilə... - FOTO

28 İyun 2017 21:52

Qaradağda dənizdə batan 1 nəfər xilas edilib

28 İyun 2017 21:50

“Qəbələ”də şotlandiyalı futbolçu

28 İyun 2017 21:49

Ronaldo ilə bağlı rəsmi açıqlama: GEDİR, yoxsa QALIR?

28 İyun 2017 21:48

Dəniz havasının ŞƏFAVERİCİ GÜCÜ

28 İyun 2017 21:47

Avropa Liqasında "Zirə"nin rəqibi olan Lüksemburq klubunun büdcəsi açıqlanıb

28 İyun 2017 21:47

Ağsuda minik avtomobili yanıb

28 İyun 2017 21:47

Yevlaxda 3 yaşlı uşaq kəsici alətlə oynayan zaman ağır xəsarət alıb

28 İyun 2017 21:42

Suşi haqda bilmədiyimiz DƏHŞƏTLİ FAKT

28 İyun 2017 21:42

Əfsanəyə çevrilmiş, tarixin ən gözəl NİŞAN ÜZÜKLƏRİ - FOTO

28 İyun 2017 21:37

Bu xəbəri sürücülər mütləq oxusun! - VİDEO

28 İyun 2017 21:37

Azərbaycanın məşhur cütlüyü boşandı

28 İyun 2017 21:29

Dünya bu qızdan danışır - FOTOLAR

28 İyun 2017 21:28

Ayxan Abbasov: "Differdanj" kimi rəqiblərlə matçlarda təzyiq olur"

28 İyun 2017 21:27

DİQQƏT! Kompüter şəbəkələrinə kiber hücum edib 300 dollar tələb edirlər - VİDEO

28 İyun 2017 21:27

Məşhur aktyor vəfat etdi

28 İyun 2017 21:25

Putin: "Bu cəhdlərin məqsədi..."

28 İyun 2017 21:22

BMT əməkdaşları əsir götürüldü

28 İyun 2017 21:19

Planetimiz haqqında İNANMAYACAĞINIZ FAKTLAR - FOTO

28 İyun 2017 21:17

Azərbaycan Qran Prisi ötmələrə görə liderdir

28 İyun 2017 21:12

Xarici xüsusi xidmət orqanları Rusiya sərhədləri yaxınlığında terrorçuları dəstəkləyir

28 İyun 2017 21:08

Pərvin Abıyeva çimərlik geyimində: "Bayıldım" - FOTO

28 İyun 2017 21:05

Ağsuda avtomobil yanıb

28 İyun 2017 20:57

Danimarkada məscidlərə qarşı qanun layihəsi hazırlanır -

28 İyun 2017 20:56

Qazax sakini çayda boğuldu

28 İyun 2017 20:53

Ölümə səbəb olan PREPARATLAR - Məşhur bodibildinqçilərin ACI AQİBƏTİ - FOTO

28 İyun 2017 20:52

"Whatsapp" istifadəçiləri diqqət! - Cəmi 5 dəqiqəniz var!

28 İyun 2017 20:47

Xərçəngə qalib gələn MƏŞHURLAR - FOTO

28 İyun 2017 20:37

Rusiya XİN: ABŞ-a qarşı cavab tədbirləri hazırdır

28 İyun 2017 20:37

"Odla oynamayın" -

28 İyun 2017 20:37

Qazaxda bir nəfər çayda boğuldu

28 İyun 2017 20:34

Şotland futbolçu "Qəbələ"də

28 İyun 2017 20:33

Ağsuda “VAZ” yandı

28 İyun 2017 20:29

Qazax rayonunda çay kənarında meyit aşkarlanıb

28 İyun 2017 20:27

Qadını həyatdan soyudan, enerjisini öldürən 10 MƏQAM

28 İyun 2017 20:27

Cəlilabadda mağaza yanıb

28 İyun 2017 20:23

Liviya ordusu Benqazinin mərkəzində bir neçə rayonu terrorçulardan azad edib

28 İyun 2017 20:22

Heyvanlar da gülə bilirmiş - FOTO

28 İyun 2017 20:22

Doğulan kimi nişanlanan, 6-7 yaşlarında ərə verilən qızlar - QORXUNC ADƏTLƏR - FOTO

28 İyun 2017 20:17

Bakıda məşhur hind aktyoru ilə görüş keçirildi

28 İyun 2017 20:14

Qəribə toy adətləri: Ana toy gecəsi yatağın yanında oturur - FOTO

28 İyun 2017 20:12

"Əl-Qaidə" silahlıları BMT-nin Liviyadakı missiyasının üzvünü girov götürüb

28 İyun 2017 20:07

Təyyarədə dünyaya gələn körpə - VİDEO

28 İyun 2017 20:05

Gəzintiyə çıxan Ledi Qaqa gülüş hədəfi oldu - FOTO

28 İyun 2017 19:57

Konfederasiyalar Kubokunda ilk finalçı müəyyənləşəcək:

28 İyun 2017 19:57

Oturuşunuz xarakterinizdən xəbər verir - FOTO

28 İyun 2017 19:52

ABŞ odla oynayır - İran rəsmisi

28 İyun 2017 19:48

"Qəbələ" klubu şotlandiyalı futbolçunu icarəyə götürüb

28 İyun 2017 19:47

Qəbizlikdən xilas edən, ürəyi qoruyan MEYVƏ

28 İyun 2017 19:47

Dörd əlli, dörd ayaqlı uşaq doğuldu

28 İyun 2017 19:42