"Mançester Yunayted" daha bir rekord transferə hazırlaşır

"Mançester Yunayted" daha bir rekord transferə hazırlaşır
10:17 4 Oktyabr 2016
61 İdman
Ölkə mətbuatı
A- A+

Bu yay Paul Poqbanı 105 milyon avroya alaraq transfer rekordunu qıran "Mançester Yunayted" daha bir ulduzu heyətinə qatmaq istəyir. Fanat.Az xəbər verir ki, baş məşqçi Joze Mourinyonun Qaret Beyl israrı davam edir.


Portuqaliyalı mütəxəssis "Real"da rəhbərliyi altında oynamış uelsli ulduzun heyətə qatılmasını istəyir. Artıq "Mançester Yunayted"in bu futbolçuya görə yenidən danışıqlara start verdiyi deyilir. İddialara görə, Beylin meneceri Conatan Barrett ötən həftənin sonunda İngiltərə klubunun vitse-prezidenti Ed Vudvard və baş məşqçi Joze Mourinyo ilə görüşüb.


Həmçinin bildirilir ki, Beyl "Reao"da Ronaldonun kölgəsində qaldığı üçün xoşbəxt deyil və yayda komandasını dəyişmək istəyir.


Qeyd edək ki, "Real" Beyli 2013-cü ildə "Tottenhem"dən 101 milyon avroya alıb. Hazırda "Transfermarkt" ona 90 milyon avro qiymət qoyub.


Fanat.Az


Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-quotmancester-yunaytedquot-daha-bir-rekord-transfer-hazrlar-t53068.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR