Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Rus model türk sevgilisi haqda: "Corabını çıxarıb..." - FOTO

Rus model türk sevgilisi haqda: "Corabını çıxarıb..." - FOTO

Date: 4 October 2016 10:27

İstanbulda yaşayan rusiyalı model-aktrisa Anna Borodayenko təşkilatçı sevgilisi Koray G.-nin qısqanclıq zəminində onu döydüyü iddiasıyla polisə şikayət edib.

Milli.Az habertürk-ə istinadən bildirir ki, İstanbul Asliye Ceza Məhkəməsində açılan iddialara görə, əsl peşəsi vəkillik olan, "Şəfqət Yerim Dar" və "Kahpe Bizans 2" kimi filmlərdə aktrisalıq edən Borodayenko Koray G. ilə 9 ay öncə tanış olublar.

Sonradan sevgili olan cütlüyün cəmi bir həftə sonra mübahisələri başlayıb. İddiaya görə, rus gözəlin telefonuna başqa kişilərdən sevgi mesajları gəldiyinə görə və əylənmək üçün getdikləri barda modelə çox diqqət yetirildiyindən Koray G. qısqanclıqdan dəli olub.

Getdikləri barda və ardından evdə üst-üstə iki dəfə yumruqlayıb-təpikləyən Korayı rus gözəli məhkəməyə verib. Məhkəmədə ifadə verən Koray Borodayenkonun dediklərinin cəfəngiyyatdan başqa bir şey olmadığını söyləyib. Bunu etməsinə səbəb kimi isə istəyinin ondan "pul qopartmaq" olduğunu qeyd edib.

Hadisə ilə əlaqədar istintaqı tamamlayan prokurorluq Koray haqda 'yaralama və mala zərər vurma' iddiaları ilə 8 aydan 4 ilə qədər həbs iddiası açıb.

"Təhqir edib döydü. Ayağındakı corabları çıxardaraq üzümə atdı", - deyən Anna Borodayenko isə üzləşmək istəmədiyini qeyd edərək Korayın cəzalandırılmasını tələb edib.

Məhkəmə təxirə salınıb.

Təhməz Təkin

Milli.Az






Tags:  Rus model türk sevgilisi haqda Corabını çıxarıb FOTO

RƏYLƏR


Top news