Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

“Kapital Bank”ın yenilənmiş Qax filialı istifadəyə verilib

“Kapital Bank”ın yenilənmiş Qax filialı istifadəyə verilib

Date: 4 October 2016 10:42

Bakı. 4 oktyabr. REPORT.AZ/ “Kapital Bank” ASC-nin filial şəbəkəsinin transformasiyası layihəsi çərçivəsində Qax filialının yenilənmiş ofisini istifadəyə verib. Bu barədə “Report”a Bankın mətbuat xidmətindən məlumat verilib.
Yeni konsepsiya əsasında təmir edilən filial Qax rayonu, Ü.Hacıbəyov,10 ünvanında (bazarın yaxınlığında) yerləşir. Artıq Qax şəhəri və ətraf qəsəbələrin sakinləri yeni filialda müasir bank xidmətlərindən istifadə edə bilərlər.
“Kapital Bank”ın yeni konsepsiya əsasında təmir edilən Qax filialı müştərilərə hesablaşma-kassa əməliyyatları, əmanətlər, müxtəlif növ kreditlər, plastik kartlar, pul köçürmələri, kommunal, rabitə və digər xidmətlərin ödənişləri, valyuta mübadiləsi və sair bank xidmətlərini təklif edir. Yeni filial müştərilərə ən yüksək səviyyədə xidmət göstərmək üçün bütün zəruri şəraitə və imkanlara malikdir.
Qeyd edək ki, “Kapital Bank” filial şəbəkəsinin transformasiyası istiqamətində müəyyən tədbirlər həyata keçirir. Bu il ərzində 3 şəhər (Şuşa, 28 May və Binəqədi) və 3 region (Şabran, Lerik və Qax) filialı yeni konsepsiyaya uyğun əsaslı təmir olunub, yeni "Ganjlik Mall" filialı açılıb. Bundan əlavə ilin sonunadək daha 3 şəhər və 5 region filialının yeni konsepsiyaya uyğun əsaslı təmir olunaraq istifadəyə verilməsi planlaşdırılır. Bankın yenilənmiş filiallarında vahid korporativ interyer dizayn standartları tətbiq edilib və bu proses hazırda davam etməkdədir.
Azərbaycanda ən böyük filial şəbəkəsinə malik olan "Kapital Bank" 90 filialı və 2 şöbəsi ilə müştərilərin xidmətindədir.

Tags:  Kapital Bankın yenilənmiş Qax filialı istifadəyə verilib

RƏYLƏR


Top news