Amerikadan SOS: Rusiyanın ən təhlükəli silahları açıqlandı

Amerikadan SOS: Rusiyanın ən təhlükəli silahları açıqlandı
10:43 4 Oktyabr 2016
68 Digər
Ölkə mətbuatı
A- A+

Rusiyanın hərbi dəniz donanması keyfiyyətcə yeni səviyyəyə çıxıb.

Publika.az “İzvestiya” nəşrinə istinadən xəbər verir ki, belə fikirlə Rusiyanın dəniz potensialının öyrənilməsi üzrə Amerika İnstitutunun (Russia Maritime Studies Institute) direktoru Maykl Peterson çıxış edib.

Onun sözlərinə görə, 885 “Yasen” atom sualtı qayıqları, 22350 “Admiral Qriqor” freqatları, həmçinin “Sirkon” və “Kalibr” raketləri ən təhlükəli silahlardır.

“Çətinliklərə baxmayaraq, Rusiya Hərbi Dəniz Donanmasının şəxsi heyətinin səviyyəsi və texnologiya potensialı əvvəlki onilliklərdə müşahidə etdiyimiz səviyyəyə çatıb. Bu, ona dünyada istənilən donanma ilə rəqabət aparmağa imkan verir. Əgər SSRİ donanması ilə müqayisə etsək, Rusiya donanması daha yığcam olub, amma texnoloji baxımdan inkişaf edib”, - ekspert qeyd edib.

Rusiyanın dəniz potensialının öyrənilməsi üzrə Amerika İnstitutu avqustun sonunda öz işinə başlayıb. Onun vəzifəsi dünya gəmiçiliyində Rusiyanın artan rolunun öyrənilməsindən ibarətdir.

2015-ci ilin mayında Amerikanın “National Interest” jurnalı Rusiyanın Hərbi Dəniz Donanmasının perspektivli döyüş texnikasının reytinqini dərc edib. Ekspertlərin təşkil etdiyi “top-5”likdə perspektivli təyyarədaşıyan, 677 və 636 qeyri-nüvə sualtı gəmiləri, 955 atom sualtı raket daşıyıcısı və “İvan Qren” böyük desant gəmisi yer alıb.

Ömər Dağlı


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/170850.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR