Aktrisa və müğənni Hülya Avşar avtobioqrafik filminin çəkilişlərinin ilk hissəsini bitirib.
Axşam.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, öz həyatını ekranlaşdıran və yaşam tərzini lentə alan Hülya "Bununla özümü, bütün sirlərimi xalqa açıram. Təcrübələrimin hər birinin dəyəri zaman keçdikcə artacaq" deyib.
Bütün günü əl kamerasıyla özünü çəkən sənətçi həyat haqda hər şeyi danışdığını bildirib. Çəkilişləri İstanbul, Ayvalık və Londonda baş tutan filmin 2017-ci ilin əvvəlində təqdim olunacaq.