Türkiyə mətbuatı Ramil Şeydayevdən yazdı – “Kardosonun yeri dolmadı”

Türkiyə mətbuatı Ramil Şeydayevdən yazdı – “Kardosonun yeri dolmadı”
10:53 4 Oktyabr 2016
38 Digər
Ölkə mətbuatı
A- A+

Superliqada çətin günlərini yaşayan “Trabzonspor” futbol klubu cari mövsümə olduqca bərbad başlayıb. 6 turdan sonra cəmi 2 qələbə qazanan və 4 məğlubiyyət alan Qara dəniz təmsilçisi türkiyə mətbuatının da gündəmini zəbt edib. Ölkənin 4 böyük klu8bundan biri hesab olunan “Trabzonspor” niyə bu günə düşüb?

Publika.az xəbər verir ki, NTV Spor kanalı klub haqqında süjet hazırlayıb. Türkiyəli həmkarlarımız millimizin üzvü Ramil Şeydayev də daxil olmaqla, Qara dəniz təmsilçisində forma geyinən hücumçuların Superliqanın ilk 6 turunda qol vura bilməmələrini qabardıblar.

“Kardozonun yeri dolmadı” başlıqlı süjetdə bunlar qeyd olunur: “Qara dəniz klubu mövsümün əvvəlində Oskar Kardozo ilə yollarını ayırmış, bunun müqabilində, “Portu”dan Hyun Jun Suk və gənc forvard Ramil Şeydayev transfer olunmuşdu. Həmçinin “Sanderlend”lə icarə müqaviləsi bitdiyi üçün geri dönən Dame N`Doye və Muhammet Demir ilk 6 həftəni qolsuz başa vurdular. “Trabzonspor” yeni mövsümün ilk 6 həftəsində Oskar Kardozo kimi güclü bir oyunçunun yoxluğu hiss olundu. Komanda cəmi 3 qol vurub, hücumçular isə fərqlənməyi bacarmayıb. Hyun Jun Suk 6 matçda 410, Muhammet Demir isə 5 görüşdə 351 dəqiqə meydanda olub. N`Doye cəmi 1 qarşılaşmada 26 dəqiqə oynayıb, Şeydayev isə heç bir matçda iştirak etməyib”.

Qeyd edək ki, Şeydayev yalnız bir dəfə Türkiyə Kuboku matçında meydana çıxıb və 1 qol vurub.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/idman/170852.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR