Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Bakıda DƏHŞƏT: iş adamı villasında özünü güllədi

Bakıda DƏHŞƏT: iş adamı villasında özünü güllədi

Date: 4 October 2016 11:05

Bakıda intihar hadisəsi baş verib.

Milli.Az lent.az-a istinadən bildirir ki, Bakıxanov qəsəbəsində 1956-cı il təvəllüdlü Zəlimxan Bünyatov yaşadığı villada özünü güllələyib. O, hadisə yerindəcə keçinib.

Bildirilir ki, hadisə baş verərkən Z.Bünyatovun ailə üzvləri evdə olub. O, "Vinçester" markalı tüfəngi götürərək hamam otağına keçib və burada özünə atəş açıb. Səsə gələn ailə üzvləri 50 yaşlı kişinin həyatını xilas edə bilməyib.
 
Lent.az-ın əldə etdiyi digər məlumata görə, intihar edən şəxs biznesmen olub və tikinti şirkətinə rəhbərlik edirmiş.
 
Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

Milli.Az


Tags:  Bakıda DƏHŞƏT adamı villasında özünü güllədi

RƏYLƏR


Top news