Əxlaqsız qadının oğlu: "Bill Klinton mənim atamdır" - FOTO

Əxlaqsız qadının oğlu: "Bill Klinton mənim atamdır" - FOTO
11:05 4 Oktyabr 2016
Ölkə mətbuatı
A- A+

"Bill Klinton mənim atamdır. O, bunu dansa da, boynuna almasa da, məni tanımasa da, belədir".

30 yaşlı qaradərili Denni Uilyamsın sözlərinə görə o, ABŞ-ın sabiq prezidenti Bill Klintonun nikahdankənar oğludur.

Denni Uilyams Facebook-da "Denni Uilyams-Klinton" adlı səhifə də yaradıb.

Milli.Az NBC-yə istinadən bildirir ki, Denni illərdən bəri atası Bill ilə görüşmək istədiyini deyib. Lakin bu olay indi, ABŞ-da keçiriləcək prezident seçkiləri ərəfəsində yenidən gündəmə gətirilib.

Denninin anası, vaxtılə fahişəliklə pul qazanmış Enn Uilyamsın dediyinə görə, Bill Klintonla 1984-cü ildə Arkanzas ştatındakı Litl-Rok şəhərindəki oteldə görüşüb.

"Bill məni otelə çağırdı və səhərədək orada qaldım. Bill mənə 200 dollar verdi. Sonra hamilə qaldım. Bətnimdə Billin oğlu idi. Arkanzas ştatının qubernatoru idi Bill. Onun yanına yollandım, övladını bətnimdə daşıdığımı dedim. Bill Klinton da böyük qarnını ovxalayaraq söylədi: "Qadın, yalan danışma, bətnindəki mənim övladım ola bilməz. Amma mən dəqiq bilirdim ki, bu uşaq Billin oğludur. Denni doğulanda dərisi ağımtıl idi. Klinton isə o zaman yatağa girdiyim yeganə ağdərili kişi idi", - Bobbi Enn Uilyams deyib.

Bobbi Enn Uilyams bir neçə il öncə QİÇS-dən ölüb.

Denni illərdən bəri Bill Klintonun oğlu olduğunu israrla söyləyir. Star jurnalının sifarişi ilə 1999-cu ildə keçirilmiş DNT testi Denninin iddialarının əsassız olduğunu göstərib.

Denni isə Facebook səhifəsində yazıb: "O testin cavabları saxtadır. Bir neçə il bu testin keçirilməsinə can atdım. Sonucda nəticələri saxtalaşdırdılar. Bunu Bill Klintonun xanımı Hillari Klintonun sifarişi ilə ediblər".

Milli.Az







Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/475796.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR