Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Qara Dəniz Universitetləri Şəbəkəsinin baş katibi BANM-də

Qara Dəniz Universitetləri Şəbəkəsinin baş katibi BANM-də

Date: 4 October 2016 11:12

Bakı Ali Neft Məktəbinin (BANM) rektoru Elmar Qasımov Qara Dəniz Universitetləri Şəbəkəsinin baş katibi professor Eden Mamutu qəbul edib. Rektor Elmar Qasımov Eden Mamutu salamlayaraq onu BANM-də görməkdən məmnunluğunu bildirib. BANM-in 2013-cü ildən Qara Dəniz Universitetləri Şəbəkəsinin (BSUN) üzvü olduğunu xatırladan rektor rəhbərlik etdiyi ali təhsil müəssisəsinin tarixinə nəzər salaraq qonağa ətraflı məlumat verib.

Milli.Az bildirir ki, Ali Məktəbdə qısa müddət ərzində görülən işlər və islahatlardan danışan Elmar Qasımov BANM-də tədris prosesi, tələbələr üçün yaradılan şərait və beynəlxalq əlaqələrdən söz açıb. BANM-in dünyanın müxtəlif aparıcı ali təhsil ocaqları, həmçinin beynəlxalq şirkət və qurumları ilə əlaqələrinin yaradılması, inkişafı və genişlənməsi istiqamətində işlərin görüldüyün bildirib. Qara Dəniz Universitetləri Şəbəkəsi ilə BANM-in əməkdaşlığının davam edəcəyinə əmin olduğunu bildirib.

Qara Dəniz Universitetləri Şəbəkəsinin baş katibi professor Eden Mamut səmimi qəbula görə təşəkkür edib. Təmsil etdiyi qurum haqqında söz açan qonaq Qara Dəniz Universitetləri Şəbəkəsinin Qara Dəniz İqtisadı Əməkdaşlıq Təşkilatının üzvü olan 12 ölkənin (Albaniya, Azərbaycan, Bolqarıstan, Gürcüstan, Yunanıstan, Moldova, Rumıniya, Rusiya Federasiyası, Serbiya, Türkiyə, Ukrayna və s.) 100-dən artıq universitetini birləşdirdiyini xatırladıb. Təşkilatın Qara Dəniz Regionunda universitetlər arasında elmi əməkdaşlıq çərçivəsində əlaqələrin qurulması məqsədilə yaradıldığını nəzərə çatdıran Eden Mamut BANM-lə əlaqələrin genişləndirilməsi və gələcək inkişaf perspektivləri barədə danışıb.

Görüşdən sonra qonaq BANM-in yeni kampusunu ziyarət edib, burada yaradılan şəraitlə yaxından tanış olub.

Qeyd edək ki, 2013-cü ilin noyabr ayının 7-8-də Qara Dəniz Universitetləri Şəbəkəsinin (QDUŞ) İcraçı Şurasının iclasında Bakı Ali Neft Məktəbi QDUŞ-un Nizamnaməsinin tələblərinə cavab verdiyinə görə bu Təşkilata üzv qəbul edilib. Qara Dəniz Universitetləri Şəbəkəsi Qara Dəniz İqtisadı Əməkdaşlıq Təşkilatının Parlament Assambleyasının tövsiyəsi əsasında Qara Dəniz Regionu rektorlarının 1998-ci ildə Konstanta (Rumıniya) şəhərində keçirilmiş 2-ci konfransında təsis olunub.

Milli.Az


Tags:  Qara Dəniz Universitetləri Şəbəkəsinin baş katibi BANM-də

RƏYLƏR


Top news