20 yaşadək futbolçuların çempionatında meydana 13 yaşlı hücumçu daxil olub

20 yaşadək futbolçuların çempionatında meydana 13 yaşlı hücumçu daxil olub
11:12 4 Oktyabr 2016
29 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. 4 oktyabr. REPORT.AZ/ 13 yaşlı hücumçu Karamoko Dembele 20 yaşadək futbolçular arasında keçirilən Şotlandiya çempionatının "Seltik" - "Harts" matçında meydana daxil olub. "Report"un məlumatına görə, Dembele "Seltik"dəki komanda yoldaşı Cek Ayçisonu əvəzləyib.
Görüş onun komandasının 3:1 hesablı qələbəsi ilə yekunlaşıb. Bu, yeniyetmə forvardın U-20 komandasında debüt matçı olub.
Qeyd edək ki, Karamoko Dembelenin "Seltik"in əsas komandasında çıxış edən Belçika yığmasının yarımmüdafiəçisi Mussa Dembele ilə heç bir qohumluq əlaqəsi yoxdur. O, Kot d İvuar əsillidir. və İrlandiyanın paytaxtı Dublində bu yay keçirilmiş nüfuzlu "Sent Kevin Boyz" turnirində diqqəti cəlb edib. 






Xəbərin orijinal ünvanı: http://report.az/futbol/20-yasadek-futbolcularin-cempionatinda-meydana-13-yasli-hucumcu-daxil-olub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR