Millimiz Avstriyaya qarşı - YENİLƏNİR

Millimiz Avstriyaya qarşı -   YENİLƏNİR
11:17 4 Oktyabr 2016
15 İdman
Ölkə mətbuatı
A- A+

Bu gün 19 yaşadək futbolçular arasında Avropa çempionatının seçmə mərhələsi start götürəcək. Fanat.Az xəbər verir ki, ilk qarşılaşma Litvada Avstriya və Azərbaycan milli komandaları arasında baş tutacaq.


Nazim Süleymanovun rəhbərlik etdiyi kollektiv elit-raunda vəsiqə qazanmaq üçün ilk 2 yerdən birini tutmalıdı. Növbəti mərhələyə 13 qrupun hərəsində ilk iki yeri tutanlar, həmçinin ən yaxşı 3-cü yer sahibi vəsiqə əldə edəcək.


Qrupun digər matçında Litva ilə Bosniya və Herseqovina yığmaları arasında oynanılacaq. 


AVRO-2017 (U-19)

Seçmə mərhələ

V qrup, I tur


4 oktyabr

15.00 Avstriya - Azərbaycan

Hakimlər: Conatan Lardota, Frederik Qodelayne (Belçika), Vitis Snarskis, Manfredas Lukyançiukas (Litva).

UEFA nümayəndəsi, hakim-inspektor: Yan Veqeref (Hollandiya).

Litva. “Mariampol” stadiono


Fanat.Az


Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-millimiz-avstriyaya-qar-t53070.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR