Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

“Azərbaycan yığması məğlub ediləsi rəqibdir” – Çexiyanın baş məşqçisi

“Azərbaycan yığması məğlub ediləsi rəqibdir” –   Çexiyanın baş məşqçisi

Date: 4 October 2016 11:27


“Almaniya və Azərbaycanla oyunlar tam fərqli keçəcək”. Fanat.Az xəbər verir ki, bu sözləri Çexiya yığmasının baş məşqçisi Karel Yarolim deyib.  


Çexiya millisi DÇ-2018-in seçmə mərhələsi çərçivəsində oktyabrın 8-də səfərdə Almaniya, 3 gün sonra isə öz meydanında Azərbaycanla üz-üzə gələcək.   Ölkəsinin mətbuatına açıqlama verən Yarolim bu görüşlər haqda danışıb. 


Təcrübəli mütəxəssis əvvəlcə Almaniya ilə görüşə toxunub: “Almaniya yığması bizim üçün böyük problem deməkdi. Rəqibin zəif nöqtəsi, demək olar ki, yoxdur. Buna baxmayaraq, orda xoş sürpriz qeydə alına bilər. Əgər bu, baş versə, mən xoşbəxt olaram. Təbii ki, həmin görüşdə bizi nə gözlədiyini bilmirik. Almaniya böyük gücə malik komandadır. Bu sözü bütün mövqelərinə aid etmək olar. Amma yenə də rəqibin zəif nöqtəsini tapacağımıza ümid edirəm. Əgər bunu bacarsaq, həmin boşluqdan istifadə etməyə çalışacağıq. Bizim oyunumuzdan da çox şey asılıdır. Bütün komponentlərdə rəqiblə başabaş mübarizə aparmalıyıq. Müdafiədə ağıllı və kompakt oynayıb, imkan tapdıqca irəli atılmalıyıq”.   


Ardınca millimizlə keçiriləcək oyun barədə fikirlərini bölüşən Yarolim hədəflərinin qələbə olduğunu vurğulayıb. Onun sözlərinə görə, Azərbaycan yığması Çexiya ilə matçda sürpriz edəcək gücdə deyil: “Azərbaycanla oyun tam fərqli xarakterlidir. Almaniya keçilməsi olduqca çətin komandadırsa, Azərbaycan yığması məğlub ediləsi rəqibdir. Belə də olacaq, onlara qalib gələcəyik. Yəqin ki, Azərbaycan bizimlə görüşdə oyunu müdafiədən quracaq”.   


Çexlər millimizi Ostrava şəhərində, 15123 tamaşaçı tutumuna malik “Munisipal” stadionunda qəbul edəcəklər.   


Qeyd edək ki, Çexiya yığması seçmə mərhələnin ilk görüşündə öz meydanında Şimali İrlandiya ilə qolsuz bərabərliyə imza atıb. Azərbaycan millisi isə səfərdə San-Marinoya 1:0 hesabı ilə qalib gələrək, mundialın təsnifat mərhələsinə qələbə ilə başlayıb. (apasport.az) 



Tags:  Azərbaycan yığması məğlub ediləsi rəqibdir Çexiyanın baş məşqçisi

RƏYLƏR


Top news