Mərkəzi Bankın valyuta ehtiyatları azalıb

Mərkəzi Bankın valyuta ehtiyatları azalıb
11:27 4 Oktyabr 2016
43 Ölkə
Ölkə mətbuatı
A- A+

Azərbaycan Mərkəzi Bankının (AMB) sərəncamında olan rəsmi valyuta ehtiyatlarının həcmində azalma müşahidə olunur.

Milli.Az APA-ya istinadən bildirir ki, 2016-cı il sentyabr ayının 30-a tənzimləyicinin sərəncamında olan rəsmi valyuta ehtiyatlarının həcmi 4 mlrd. 132,7 mln. ABŞ dolları təşkil edib. Bu, sentyabr ayının əvvəli ilə müqayisədə 1,43% və ya 59,8 mln. dollar çoxdur. Ötən ilin analoji dövrü ilə müqayisədə isə AMB-nin sərəncamında olan valyuta ehtiyatlarının həcmində 41,1% və ya 2 mlrd. 822 mln. dollar azalma olub.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/475841.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR