Müğənni İrem Dericinin keçmiş həyat yoldaşı Rıza Esendemir dünən dostları ilə birgə görüntülənib.
Milli.Az axşam.az-a istinadən bildirir ki, o, jurnalistlərlə səmimi söhbət edib. Radioda çalışan Rıza İremlə bağlı suala gəlincə isə əsəbləşib:
"Dostlar, o səhifə artıq mənim üçün bağlandı. Xahiş edirəm, onu bir daha məndən soruşmayın. Hər kəs öz yoluna getdi. Bu, sonuncu dəfə olsun".
Milli.Az