"Bank Standard"da olan əmanətlərin 62%-i xarici valyutadadır

"Bank Standard"da olan əmanətlərin 62%-i xarici valyutadadır
11:32 4 Oktyabr 2016
Ölkə mətbuatı
A- A+

Bakı. 4 oktyabr. REPORT.AZ/ İlk dəfədir ki, Azərbaycanın ilk beşliyinə daxil olan bankda – “Bank Standard” QSC-də sığorta hadisəsi baş verib.
“Report” xəbər verir ki, bunu bu gün keçirdiyi mətbuat konfransında Azərbaycan Əmanətlərin Sığortalanması Fondunun icraçı direktoru Azad Cavadov deyib.
Onun sözlərinə görə, rəhbərlik etdiyi qurum həm “Bank Standard”ın əmanətçilərinə kompensasiya ödəyəcək, həm də bu bankın ləğvedicisi olacaq.
A.Cavadov qeyd edib ki, bu günə “Bank Standard”da əmanətlərin məbləği 603 mln. manat, kompensasiya olunacaq məbləği 460 mln. manat təşkil etsə də, dolların məzənnəsindən asılı olaraq bu rəqəm dəyişə bilər: “Əmanətlərin 62%-i dollarda və digər valyutalarda, 38%-i isə manatdadır”. 

Xəbərin orijinal ünvanı: http://report.az/maliyye/bank-standard-da-olan-emanetlerin-62-i-xarici-valyutadadir

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR