Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Ruslar Yeni ildə Bakıya axışacaqlar

Ruslar Yeni ildə Bakıya axışacaqlar

Date: 4 October 2016 11:32

Rusiyalı turistlər arasında Yeni il tətilini keçirmək üçün ən populyar ölkə Çexiyadır.

Milli.Az azvision.az-a istinadən bildirir ki, bu barədə otel axtarış üzrə ixtisaslaşan "RoomGuru.ru" saytının yaydığı məlumatda deyilir. 

Çexiya 10 ölkənin daxil olduğu reytinqə başçılıq edir. Siyahıda ikinci Belarus, üçüncü yerdə isə Avstriya gəlir. 

Siyahıda Türkiyə, Polşa, Tailand, İspaniya, İtaliya, Finlandiya və Estoniya da daxil edilib.

Rusiyalı turistlər arasında Yeni il tətilləri üçün ən populyar şəhər isə Çexiyanın paytaxtı Praqa olub. İkinci və üçüncü pillədə müvafiq olaraq Minsk və Tallin qərarlaşıb. 

Bundan əlavə, rusların istirahət etmək üçün üz tutacağı 10 məşhur şəhər müəyyən edilib. Siyahıda Budapeşt, Helsinki, Riqa, Bakı, İstanbul, Tbilisi və İrəvan da var. Proqnozlara əsasən, rusiyalı turistlərin bir qismi Yeni il bayramını bu şəhərlərdə qeyd etməyə hazırlaşır.

Milli.Az


Tags:  Ruslar Yeni ildə Bakıya axışacaqlar

RƏYLƏR


Top news