Əlavə qəbul nəticəsində SABAH qruplarına 81 tələbə yerləşdirilib

13:22 5 Yanvar 2015
322 Digər
Ölkə mətbuatı
A- A+

[ 05 Yanvar 2015 13:17 ]

Bakı. Könül Kamilqızı – APA. Təhsil Nazirliyi tərəfindən yaradılan SABAH qruplarına əlavə tələbə qəbulu başa çatıb. Nazirliyin mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, əlavə qəbul 2014-2015-ci tədris ili üzrə SABAH qruplarına tələbə qəbulunun nəticələrinə əsasən formalaşdırılan bir sıra ixtisasların prioritetliyi və tələbələrin bu ixtisaslara marağı nəzərə alınaraq aparılıb.

Akademik göstəriciləri yüksək olan və II kursda təhsil alan 81 tələbə müsabiqə əsasında seçilərək Bakı Dövlət Universiteti, Azərbaycan Texniki Universiteti, Azərbaycan Memarlıq və İnşaat Universiteti, həmçinin Azərbaycan Dövlət Pedaqoji Universitetindəki mövcud və yeni yaradılan SABAH qruplarına yerləşdirilib. Bu tələbələr təhsillərini tarix, tarix müəllimliyi, coğrafiya, coğrafiya müəllimliyi, inşaat mühəndisliyi, nəqliyyat tikintisi, ibtidai sinif müəllimliyi və kompüter mühəndisliyi ixtisasları üzrə davam etdirəcəklər.

Bununla, SABAH qruplarında təhsil alan tələbələrin ümumi sayı 769-a çatıb. SABAH qruplarında ixtisasların sayı da artaraq, 33-dən 37-yə yüksəlib.

Qeyd edək ki, SABAH qruplarının 7 ali məktəbdə təhsil alan tələbələrindən 200-ə yaxını yataqxana ilə təmin olunub.


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/368020

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR