Aktual mövzular: Dollar alış-satışı , Çempionlar Liqası, Hava haqqında, Məzənnə, Neftin qiyməti

"İsgəndər"lər döyüş hazırlığı vəziyyətinə gətirildi

"İsgəndər"lər döyüş hazırlığı vəziyyətinə gətirildi

Date: 4 October 2016 11:37

"İsgəndər-M" taktiki ballistik raket sistemləri ilə təchiz olunmuş Rusiya Qərb Hərbi Dairəsinin raket briqadası 2016-cı ilin yekun yoxlamaları çərçivəsində döyüş hazırlığı vəziyyətinə gətirilib.

Milli.Az axar.az-a istinadən bildirir ki, bu haqda məlumatı Qərb Hərbi Dairəsinin mətbuat xidməti yayıb:
 
"Hazırda briqada bölmələri xüsusi nəzərdə tutulmuş ərazilərdə "İsgəndər-M" raket kompleksinin buraxılmasının və istiqamətləndirilməsinin simulyasiyasını həyata keçirir".
 
Ümumilikdə 500-dən çox hərbçi döyüş hazırlığı tədbirlərində iştirak edəcək, təlimlərə 50 silah və hərbi texnika cəlb olunacaq.

Milli.Az


Tags:  İsgəndərlər döyüş hazırlığı vəziyyətinə gətirildi

RƏYLƏR


Top news