Əmanətlərin Sığortalanması Fonduna borc 10 il müddətinə veriləcək

Əmanətlərin Sığortalanması Fonduna borc 10 il müddətinə veriləcək
11:37 4 Oktyabr 2016
Ölkə mətbuatı
A- A+

Bakı. 4 oktyabr. REPORT.AZ/ “Bank Standard” QSC-nin əmanətçilərinə kompensasiya ödənişinə oktyabrın 11-də başlanacaq.
“Report” xəbər verir ki, bunu bu gün keçirdiyi mətbuat konfransında Azərbaycan Əmanətlərin Sığortalanması Fondunun icraçı direktoru Azad Cavadov deyib.
Onun sözlərinə görə, bu məqsədlə dövlətdən 10 il müddətinə, illik 0,15%-lə 460 mln. manat borc alınacaq.
A.Cavadov onu da əlavə edib ki, hazırda rəhbərlik etdiyi qurumun sərəncamında 33 mln. manat vəsait var: "Lakin Fondun hazırda kompensasiya ödənilən 9 bankın əmanətçilərinə də borcu elə 33 mln. manat təşkil edir".

Xəbərin orijinal ünvanı: http://report.az/maliyye/emanetlerin-sigortalanmasi-fonduna-borc-10-il-muddetine-verilecek

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR